TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir
Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda keçirilən "GITEX AI Türkiye" tədbirində bildirib
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir
Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir / Anadolu Agency

Türkiyə süni intellekt sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməyi hədəfləyir.

Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İstanbulda keçirilən "GITEX AI Türkiye" tədbirində bildirib. Nazir vurğulayıb ki, Türkiyə hazırlanan fəaliyyət planı və irihəcmli investisiyalar sayəsində bu sahədə aparıcı dövlətlər sırasına daxil olmaq niyyətindədir.

Hökumətin rəqəmsal sahəyə dəstək verdiyini vurğulayan M. F. Kacır hazırda ölkə üzrə 1700 tədqiqat mərkəzinin və 115 texnoparkın fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Dövlət fondları vasitəsilə yeni texnologiya şirkətlərinə (startaplara) indiyədək 2,8 milyard dollar ayrıldığını deyən nazir bu yaxınlarda elan edilən 300 milyon dollarlıq yeni kapitalın sektora daha 750 milyon dollar investisiya gətirəcəyini qeyd edib. Ölkədə dəyəri 1 milyard dolları ötən 8 iri texnologiya şirkətinin ("Turcorn") olduğunu bildirən Kacır hədəflərinin texnoloji startapların sayını 100 minə çatdırmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, İstanbulu beynəlxalq texnologiya mərkəzinə çevirmək məqsədilə keçmiş Atatürk Hava Limanının terminalı dünyanın ən böyük startap mərkəzi kimi fəaliyyət göstərəcək.

Türkiyə süni intellekt yönümlü innovasiya fondlarına 150 milyon dollar vəsait ayırmağı planlaşdırır. Həmçinin rəqəmsal transformasiyanı sürətləndirmək üçün süni intellekt layihələrinə 1,6 milyard dollarlıq dəstək paketi təqdim edilib. 2026–2030-cu illəri əhatə edən Fəaliyyət Planına əsasən, dövlət investisiyalarının ən azı 2%-i süni intellekt layihələrinə yönəldiləcək, 2030-cu ilə qədər isə rəqəmsal infrastruktura və bulud texnologiyalarına ən azı 10 milyard dollar investisiya yatırılacaq.

Nazir Türkiyənin ilk milli dil modeli olan "BİLGE"nin tezliklə proqramçılara təqdim ediləcəyini və hazırda ölkə yollarında 120 minə yaxın yerli elektrikli "TOGG" avtomobilinin istismar olunduğunu da qeyd edib.

Araşdırma
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb