SİYASƏT
2 dəqiqə oxuma
ÇXR hökuməti gənc ailələrə illik 500 ABŞ dolları təklif edir
Pekin rəhbərliyi üç yaşadək uşaqlar üçün dövlət subsidiyası ilə doğum səviyyəsini artırmaq niyyətindədir
ÇXR hökuməti gənc ailələrə illik 500 ABŞ dolları təklif edir
ÇXR / Reuters

Çin Xalq Respublikası azalan doğum göstəricilərinin qarşısını almaq və ölkədə yaşlanan əhalinin təsirlərini azaltmaq məqsədilə yeni maliyyə təşviqi proqramına start verib. Rəsmi məlumatlara əsasən, hökumət gənc ailələrə üç yaşına qədər olan uşaqlar üçün illik 3.600 yuan (təxminən 502 ABŞ dolları) məbləğində subsidiya təqdim edir.

Yeni təşəbbüs yanvarın 1-dən geriyə şamil ediləcək və 2025-ci ildən əvvəl doğulmuş lakin üç yaşını keçməmiş uşaqları da əhatə edəcək. Birbaşa nağd ödənişlər valideynlərin doğum və uşaq baxımı ilə bağlı maliyyə yükünü azaltmağa yönəlikdir.

Pekinin CCTV dövlət televiziyası hakim Kommunist Partiyası və Dövlət Şurasının, Çin Nazirlər Kabinetinin qərarına istinadla bildirib ki, bu subsidiyaların daha əvvəl bölgə səviyyəsində həyata keçirilən təşviq proqramlarının əvəzinə, artıq mərkəzi hökumət tərəfindən maliyyələşdirilməsi planlaşdırılır. Siyasətin ölkə üzrə 20 milyondan çox ailəyə fayda verməsi gözlənilir.

Qeyd edək ki, hazırda Çin əhalisinin 60 yaş və üzəri olan təbəqəsi 310 milyona çatıb. BMT-nin son məlumatlarına əsaslanan “Worldometer” platformasının hesablamalarına görə, Çinin ümumi əhalisi təxminən 1,41 milyard nəfərdir.

 

Demoqrafik tənəzzül dərinləşir

Rəsmi statistikaya görə, Çin əhalisi 2024-cü ildə ardıcıl üçüncü dəfə azalıb. Mütəxəssislər bildirirlər ki, bu tendensiyanın kökləri 1980–2015-ci illərdə tətbiq edilən "bir uşaq siyasəti" və sürətli urbanizasiya ilə əlaqədardır. Bununla yanaşı, ailə qurmaq və uşaq sahibi olmaq istəyinin azalmasında uşaq baxımı və təhsilin yüksək xərcləri, qeyri-sabit məşğulluq və iqtisadi durğunluq kimi amillər də mühüm rol oynayır.

Son iki il ərzində müxtəlif əyalətlərin yerli hakimiyyət orqanları doğum təşviqləri təqdim etməyə başlamışdı. Bu dəstək tədbirləri bir uşaq üçün 1.000 yuandan (təxminən 139 ABŞ dolları) başlayaraq 100.000 yuana (13.931 ABŞ dolları) qədər dəyişən məbləğlər və bəzi hallarda mənzil yardımları da daxil olmaqla həyata keçirilirdi.

Çində aparılan tədqiqatlara əsasən, uşaq böyütmək, gəlir səviyyəsi ilə müqayisədə dünyanın ən yüksək xərc tələb edən proseslərindən biri hesab olunur.

Çin rəsmiləri xəbərdarlıq edir ki, yaxın on il ərzində təxminən 300 milyon nəfər (demək olar ki, ABŞ-ın hazırkı əhalisi qədər) pensiya yaşına çatacaq və bu, ölkənin sosial və iqtisadi yükünü daha da artıracaq. Bu səbəbdən hökumət doğumu təşviq edən "ailə dostu" addımları genişləndirməkdə israrlıdır.

MƏNBƏ:TRT Global
Araşdırma
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb