Yunanıstanın İsraildən aldığı SPIKE NLOS uzunmənzilli raket sistemlərini bəzi adalara yerləşdirdiyi irəli sürülüb.
"Onalert" xəbər saytının məlumatına görə, Yunanıstan həmçinin Şərqi Egey və Evros bölgələrinə yeni tədarüklər həyata keçirməyi planlaşdırır.
Hesabatda bu raketlərin idarə edilməsi üçün xüsusi hazırlığa ehtiyac olduğu, əsas məqsədin təlim prosesini sürətləndirmək və sistemləri mərhələli şəkildə hərbi təlimlərə daxil etmək olduğu qeyd edilib.
SPIKE NLOS raketlərinin tədarük prosesinin davam etdiyi və sifarişin böyük hissəsinin ilin sonunadək təhvil alınmasının hədəfləndiyi bildirilir.






















