DÜNYA
2 dəqiqə oxuma
Asiyada sel fəlakətində ölənlərin sayı 1.700-ü keçib, yüzlərlə insan itkin düşüb
Asiya ölkələrində güclü sel və torpaq sürüşmələri nəticəsində ümumilikdə 3,2 milyon insana zərər dəyib
Asiyada sel fəlakətində ölənlərin sayı 1.700-ü keçib, yüzlərlə insan itkin düşüb
Asiyada sel fəlakətində ölənlərin sayı 1.700-ü keçib, yüzlərlə insan itkin düşüb / Reuters

Dekabrın 7-də (bu gün) yayılan rəsmi məlumatlara görə, Asiyanın müxtəlif bölgələrində baş verən daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 1.700-ü ötüb, yüzlərlə insan isə hələ də itkin düşmüş vəziyyətdədir.

Misli görünməmiş sel, torpaq sürüşməsi, tufan və qasırğalar Malayziya, Şri-Lanka, Hindistan və Tailandda ciddi dağıntılara səbəb olub. Ən ağır vəziyyət İndoneziyada müşahidə edilir.

İndoneziya Milli Fövqəladə Hallar Agentliyi təkcə Sumatra adasında baş verən sel və torpaq sürüşmələri nəticəsində 916 nəfərin həyatını itirdiyini, 274 insanın itkin düşdüyünü, təxminən 4.200 ada sakininin yaralandığını bildirib. Axtarış-xilasetmə işləri isə hələ də davam etdirilir.

Fəlakət nəticəsində 3,2 milyondan çox insanın zərər çəkdiyi qeyd olunur. Xüsusilə Şimal Sumatra, Qərbi Sumatra və Açe əyalətlərində bir milyondan artıq insan təhlükəsiz bölgələrə köçürülüb.

İndoneziya prezidenti Prabovo Subianto açıqlayıb ki, ölkənin müdafiə və təbii fəlakətlərə hazırlıq imkanlarını gücləndirmək məqsədilə 2026-cı ilə qədər 200-ə yaxın helikopter alınması planlaşdırılır. Hökumət həmçinin fövqəladə hallara operativ reaksiya göstərmək üçün hərbi nəqliyyat təyyarələri də daxil olmaqla bütün mövcud resursların səfərbər olunacağını bir daha təsdiqləyib.

Şri-Lankada Fövqəladə Hallar Mərkəzinin verdiyi məlumata görə, noyabrın 17-də təsirini göstərən “Ditwah” qasırğası nəticəsində ölənlərin sayı 618 nəfərə çatıb, 209 insan isə itkin düşmüş sayılır.

Birləşmiş Millətlər Təşkilatı dekabrın 5-də bildirib ki, Tailandda təxminən 185 nəfər həyatını itirib, 367 insan isə itkin düşüb. Şiddətli hava şəraiti Hindistanda dörd, Malayziyada isə üç nəfərin ölümünə səbəb olub.

MƏNBƏ:TRT
Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub