SİYASƏT
2 dəqiqə oxuma
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs edilib
İmamoğlu 21 və 22 mart tarixlərində korrupsiya iddiaları ilə bağlı İstanbul Polis İdarəsində ifadə verib.
00:00
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs edilib
26 mart 2025

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu martın 18-də saxlanıldıqdan sonra bələdiyyə ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.

  İstanbul Baş Prokurorluğu rəsmi açıqlamasında bu barədə bildirib: “Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində Sülh Cəza hakimi şübhəli Əkrəm İmamoğlunun “cinayət təşkilatı yaratmaq və idarə etmək, rüşvət almaq kimi qanunsuz hərəkətlərinə görə həbs edilməsinə qərar verib.

  Lakin məhkəmə terror istintaqı çərçivəsində İmamoğlunun rəsmi həbsinə ehtiyac olmadığını bildirib.

  Qərarda "Əkrəm İmamoğluna silahlı terror təşkilatına yardım etməkdə güclü şübhə var, lakin onun maliyyə cinayətlərinə görə həbs olunacağına artıq qərar verildiyi üçün hazırkı mərhələdə buna ehtiyac yoxdur və tələb rədd edilir" ifadələrindən istifadə edilib.

  Xatırladaq ki, Ə.İmamoğlu və digər 99 şübhəli ilə əlaqədar İstanbul Respublika Prokurorluğu cinayət təşkilatı yaratmaq və idarə etmək, cinayət təşkilatına üzv olmaq, mənimsəmə, rüşvətxorluq, səriştəli dələduzluq, şəxsi məlumatların qanunsuz əldə edilməsi və dövlət tenderlərində qanunsuzluqlar törətmə maddələrilə istintaq başlayıb.

  Polis bölməsindəki prosedurlardan sonra şübhəlilər Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib və əməliyyatlar növbətçi Sülh Cəza Məhkəməsində icra olunub.

  PKK/KCK ilə əlaqəsi olduğu bildirilən Əkrəm İmamoğlu “terror təşkilatının şəhərlərdə təsirini artırmaq” kimi təşəbbüslərdə iştirakda ittiham edilirr.

  İstintaq çərçivəsində həbs olunanlar arasında İstanbul Böyükşəhər Bələdiyyəsi Mətbuat Xidmətinin katibi və İmamoğlunun müşaviri Murat Ongun və “İmamoğlu” inşaat şirkətinin baş direktoru Tuncay Yılmaz da var.

  Əkrəm İmamoğlu və digər şübhəlilər ittihamları rədd edirlər.

MƏNBƏ:TRT Global
Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib