DÜNYA
1 dəqiqə oxuma
ABŞ Prezidenti Donald Trump ilə Konqres üzvü Ilhan Omar arasında mübahisə baş verib
ABŞ Prezidenti Donald Tramp ilə Konqres üzvü İlhan Ömər arasında immiqrasiya siyasəti və sərhəd təhlükəsizliyi mövzusunda kəskin bir mübahisə baş verib
ABŞ Prezidenti Donald Trump ilə Konqres üzvü Ilhan Omar arasında mübahisə baş verib
ABŞ Prezidenti Donald Trump ilə Konqres üzvü Ilhan Omar arasında mübahisə baş verib / Reuters

ABŞ Prezidenti Donald Tramp ilə Konqres üzvü İlhan Ömər arasında immiqrasiya siyasəti və sərhəd təhlükəsizliyi mövzusunda kəskin bir mübahisə baş verib. Fevralın 24-də Konqresin birgə iclasında çıxış edən Donald Tramp Demokrat qanunvericiləri sərhəd təhlükəsizliyini dəstəkləməməkdə və immiqrasiya məsələlərində administrasiyaya mane olmaqda günahlandırıb. Prezident bütün Konqres üzvlərini ayağa qalxaraq "Amerika hökumətinin ilk vəzifəsi qanunsuz immiqrantları deyil, öz vətəndaşlarını qorumaqdır" prinsipini dəstəkləməyə çağırıb.

Demokrat qanunvericilərin bu çağırışa reaksiya verməyərək yerlərində oturması Trampın sərt reaksiyasına və tərəflər arasında şifahi mübahisənin böyüməsinə səbəb olub. O, kürsüdən birbaşa etirazçılara müraciət edərək deyib: "Ayağa qalxmadığınız üçün özünüzdən utanmalısınız".

Prezident həmçinin "sığınacaq şəhəri" siyasətinə son qoyulmasını və ciddi ittihamlarla üzləşən sənədsiz immiqrantların deportasiyasına mane olan məmurların cəzalandırılmasını tələb edib.

Trampın çıxışı davam edərkən Minnesota ştatından olan Demokrat nümayəndə İlhan Ömər sərt ifadələrlə mübahisəyə qoşulub. Zalda onun Prezidentə tərəf dönərək yüksək səslə belə dediyi eşidilib: “Amerikalıları öldürürsünüz! Siz amerikalıları öldürdünüz! Utanmalısınız!”.

Araşdırma
ABŞ İranın cənubuna ağır zərbələr endirib
İran regionda "düşmən bazalarını" hədəf alan genişmiqyaslı raket və PUA hücumları həyata keçirib
Ukrayna Rusiyanın "kölgə donanması"na aid 14 gəmiyə zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bağlandığını elan edib
ABŞ ordusu İranın cənubuna ağır zərbələr endirdiyini açıqlayıb
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib
İspaniyada güclü meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib
K.Mitsotakis Prezident R.T.Ərdoğanla konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirib
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib