DÜNYA
1 dəqiqə oxuma
İsrail Sanur məntəqəsində 100-dən çox qeyri-qanuni mənzilin tikintisinə razılıq verdi
Yerli media orqanlarının yaydığı məlumata görə, İsrail işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin bölgəsində 126 yeni qeyri-qanuni mənzilin tikintisini təsdiqləyib
İsrail Sanur məntəqəsində 100-dən çox qeyri-qanuni mənzilin tikintisinə razılıq verdi
“Buraya 126 daimi yaşayış yeri daxil olacaq və gələcəkdə İsraildə bir şəhər olacaq,” Yossi Daqan dedi. / AA

Yerli media orqanlarının yaydığı məlumata görə, İsrail işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin bölgəsində 126 yeni qeyri-qanuni mənzilin tikintisini təsdiqləyib. "Kanal 12" telekanalının xəbərində bildirilir ki, söhbət 20 il əvvəl boşaldılmış Sanur yaşayış məntəqəsindən gedir. Sözügedən ərazidə 126 mənzilin inşasına rəsmi razılıq verilib.

İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrini təmsil edən regional şuranın rəhbəri Yossi Daqan Sanurun yenidən qurulacağını bəyan edib. O bildirib ki, layihəyə 126 daimi evin inşası daxildir və gələcəkdə bu ərazinin İsrail şəhərinə çevrilməsi planlaşdırılır. Tikinti ilə bağlı təşkil olunan mərasimdə İsrail hökumətinin yüksək vəzifəli rəsmiləri, o cümlədən müdafiə naziri İsrail Katz və maliyyə naziri Bezalel Smotriç də iştirak edib.

Sanur yaşayış məntəqəsi 2005-ci ildə İsrailin Qəzza zolağından və İordan çayının qərb sahilindən geri çəkilməsi zamanı boşaldılan dörd yaşayış məskənindən biridir.

Fələstin rəsmiləri isə beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıblar. Onlar qeyd ediblər ki, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq hüquqa görə bu cür yaşayış məntəqələrinin inşasını qanunsuz hesab edir. Fələstin tərəfinin məlumatına görə, 2023-cü il oktyabrın 7-də Qəzzada hərbi əməliyyatlar başladıqdan bəri İsrail İordan çayının qərb sahilini ilhaq etmək siyasətini daha da intensivləşdirib. Bu fəaliyyətlərə fələstinlilərə məxsus evlərin sökülməsi, əhalinin məcburi köçürülməsi və yəhudi yaşayış məntəqələrinin genişləndirilməsi daxildir.

Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub