ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
"Google" süni intellekt üzrə baş vitse-prezident vəzifəsinə türk mühəndis təyin etdi
"Dünyaca məşhur mütəxəssis" kimi tanınan Koray Kavukçuoğlu "Google DeepMind"dəki rəhbərlik dəyişikliyindən sonra baş vitse-prezident vəzifəsinə təyin olunub
"Google" süni intellekt üzrə baş vitse-prezident vəzifəsinə türk mühəndis təyin etdi
"Google"un ana şirkəti olan "Alphabet"in baş icraçı direktoru Sundar Piçay dəyişiklikləri ABŞ-nin "X" sosial media platformasındakı son paylaşımında elan edib.

"Dünyaca məşhur mütəxəssis" kimi tanınan Koray Kavukçuoğlu "Google DeepMind"dəki rəhbərlik dəyişikliyindən sonra baş vitse-prezident vəzifəsinə təyin olunub. O, model inkişafı, süni intellekt tədqiqatları, "Gemini" və tərtibatçı komandalarına cavabdehlik daşıyacaq.

ABŞ-nin texnologiya nəhəngi "Google" süni intellekt (AI) bölməsi olan "Google DeepMind"in ali rəhbərliyini yenidən formalaşdıraraq türk mühəndis Koray Kavukçuoğlunu baş vitse-prezident təyin edib.

"Google"un əsas şirkəti olan "Alphabet"in baş direktoru Sundar Piçay (Sundar Pichai) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək bu təyinatı və rəhbərlikdəki dəyişiklikləri elan edib.

Piçay avqustun 5-də verdiyi açıqlamada əvvəllər bölmənin Baş Texnologiya Direktoru (CTO) və baş AI memarı vəzifələrində çalışan Kavukçuoğlunun baş vitse-prezident vəzifəsini icra edəcəyini bildirib. O, model inkişafı, qabaqcıl AI tədqiqatları, "Gemini" və tərtibatçı komandalarının idarə olunmasına rəhbərlik edəcək.

Koray Kavukçuoğlu 13 ildən çoxdur ki, GDM-də (Google DeepMind) çalışır və bu sahədə dünyaca məşhur mütəxəssisdir; o, dərin öyrənmə komandamızı qurub, 'WaveNet' və 'DQN' (Deep Q-Network) kimi mühüm elmi irəliləyişlərə rəhbərlik edib", -deyə Piçay qeyd edib və əlavə edib ki, "GDM etibarlı əllərdədir!".

Piçay həmçinin bildirib ki, "Google DeepMind"in həmtəsisçilərindən biri olan Demis Hassabis "Isomorphic Labs" şirkətinə rəhbərlik etməyə davam edərkən, "Alphabet"də bölmənin sədri və baş elmi işçisi vəzifəsini icra edəcək.

Sundar Piçay əlavə edib ki, Hassabis "ümumi süni intellekt (AGI) və elmi kəşflərin gələcəyini formalaşdırmağa" diqqət yetirəcək və "Alphabet" bunun həm şirkət, həm də bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyinə inanır.