SİYASƏT
2 dəqiqə oxuma
Tramp Misir və Efiopiya arasında bənd mübahisəsində vasitəçilik etməyi təklif edib
Tramp Misirə Efiopiyanın nəhəng bəndi ilə bağlı diplomatiyanı yenidən başlatmağa hazır olduğunu bildirib, eyni zamanda...
Tramp Misir və Efiopiya arasında bənd mübahisəsində vasitəçilik etməyi təklif edib
Misir və Efiopiya arasında bənd mübahisəsi / Reuters
2 saat əvvəl

ABŞ prezidenti Misirə Efiopiyanın nəhəng bəndi ilə bağlı diplomatiyanı yenidən başlatmağa hazır olduğunu bildirib, eyni zamanda müttəfiqi əs-Sisini Qəzza atəşkəsindəki roluna görə tərifləyib.

ABŞ prezidenti Donald Tramp Misirə Qahirəni qəzəbləndirən nəhəng bənddən suyun paylaşılması ilə bağlı Efiopiyaya təzyiq göstərmək üçün diplomatiyanı yenidən başlatmağa hazır olduğunu bildirib.

Vəzifəsinin ilk müddətində layihənin Misir tərəfindən bombalana biləcəyini iddia edərək gərginliyi artıran Tramp müttəfiqi Misir prezidenti Əbdülfəttah əs-Sisini Qəzzada atəşkəsin təmin edilməsinə kömək etdiyinə görə tərifləyərək vasitəçilik etməyi təklif edib.

Ağ Ev tərəfindən sosial mediada paylaşılan Sisiyə yazdığı məktubda Tramp bildirib ki, Nil çayında suyun paylaşılması məsələsini nəticə etibarilə və məsuliyyətlə həll etmək üçün ABŞ-ın Misir və Efiopiya arasında vasitəçiliyini yenidən başlatmağa hazıram.

Tramp deyib ki, bu bölgədəki heç bir dövlət Nilin qiymətli ehtiyatlarına birtərəfli nəzarət etməməli və bu prosesdə qonşularına zərər verməməlidir. GERD (Böyük Efiopiya İntibah Bəndi) mənim gündəliyimdə ilkin yerdə olacaq.

Tramp həmçinin Misir və Sudan üçün proqnozlaşdırıla bilən su təchizatı təmin edəcək metod və Efiopiyanın bu iki aşağı hövzə ölkəsinə elektrik enerjisi satmasına və ya tədarükünə imkan verəcək tənzimləməyə ümid etdiyini bildirib.

Qeyd edək ki, Baş nazir Abiy Əhməd 2025-ci ilin sentyabr ayında Afrikanın ən böyük su elektrik layihəsi olan GERD-nin açılışını etdi. Layihənin dəyəri 4 milyard dollar idi və Efiopiyanın hazırkı elektrik enerjisi istehsal gücünün ikiqatından çox olacağı gözlənilirdi.

Sisi bəndi mövcud təhlükə kimi təsvir etd və quraqlıqdan əziyyət çəkən Misir su ehtiyacının 97 faizini Nil çayından ödəyir.

Bənd Efiopiya üçün qürur simvolu olsa da, ABŞ, Dünya Bankı, Rusiya və Afrika Birliyinin son on ildəki vasitəçilik səyləri mübahisəni həll etməkdə uğursuz oldu.

Nil çayıındakı su mübahisəsi

Birinci səlahiyyət müddətinin sonuna yaxın etdiyi çıxışında Tramp həll yolu tapılacağına ümid etdiyini, əks halda Misirin cavabının "bəndi partlatmaq" olacağını söyləmişdi.

Bu sözlər həm Misiri, həm də Efiopiyanı şoka saldı, Hər iki ölkə izahat tələb etmək üçün ABŞ səfirini çağırdı və hər hansı hücuma qarşı cavab verəcəklərini bildirdi.

6 650 kilometr uzunluğunda axan Nil çayını 11 ölkə bölüşür: Burundi, Ruanda, Konqo Demokratik Respublikası (KDR), Keniya, Uqanda, Tanzaniya, Efiopiya, Eritreya, Cənubi Sudan, Sudan və Misir.

Misir bir sıra amillər, xüsusən də iqlim böhranı səbəbindən ciddi su çatışmazlığı ilə üzləşir. Ölkənin su ehtiyacının 90%-dən çoxu Nil çayı hesabına ödənilir.

Misir və Sudan aşağı Nil hövzəsindəki son ölkələrdir və Aşağı Nil hövzəsində yerləşdikləri üçün Yuxarı Nil hövzəsindəki ölkələrlə müqayisədə daha az yağıntı alırlar.

Digər tərəfdən, Efiopiya enerji özünütəminatı və iqtisadi artım üçün bəndə ehtiyac duyduğunu iddia edir.