DÜNYA
2 dəqiqə oxuma
İsrail işğal altındakı İordan çayının qərb sahilində mülki hədəflərə genişmiqyaslı hücum başladıb
İsrail qüvvələrinin Tubasda basqınlar edib yolları dağıtması və evləri hərbi bazaya çevirməsi zamanı helikopterlər Fələstin yaşayış məntəqələrinə atəş açıb
İsrail işğal altındakı İordan çayının qərb sahilində mülki hədəflərə genişmiqyaslı hücum başladıb
İordan çayının qərb sahilində mülki hədəflər[Arxiv foto] / AA

İsrail qüvvələrinin Tubasda basqınlar edib yolları dağıtması və evləri hərbi bazaya çevirməsi zamanı helikopterlər Fələstin yaşayış məntəqələrinə atəş açıb.

Yerli mənbələrə görə, İsrail ordusu işğal olunmuş İordan çayının qərb sahilində genişmiqyaslı hərbi hücum başladıb.

"Anadolu" agentliyi müxbirinin verdiyi məlumata görə, ordu şimal Tubas qubernatorluğundakı qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirib və bir neçə əraziyə hərbi texnika yerləşdirib. İsrail helikopterləri yaşayış məntəqələrinə atəş açıb. Dəqiq hədəflər hələ müəyyən edilməyib.

Tubas qubernatoru Əhməd əl-Əsəd "Facebook" etdiyi paylaşımda bildirib: "Bu, illərdir ilk dəfədir ki, "Apache" helikopterləri yaşayış məntəqələrinə ağır pulemyotlardan atəş açaraq belə bir əməliyyatda iştirak edir".

İsrail hücumu Tubas şəhərini, Aqaba və Təmmun şəhərlərini hədəf alıb.

Ordu komendant saatı tətbiq edib və qubernatorluğa bütün girişləri torpaq barrikadalar və hərbi nəzarət məntəqələri ilə bağlayıb.

Qubernatorun sözlərinə görə, təcili yardım maşınlarının və tibb qruplarının hərəkəti məhdudlaşdırılıb.

Əsəd bildirib ki, İsrail qüvvələri Təmmun, Tubas, əl-Fəra və Tayasi şəhərlərində bir neçə evə basqın edərək bu evlərin bir çoxunu hərbi qərargaha çevirib.

Qubernator bildirib ki, vəziyyətə reaksiya vermək və humanitar məsələləri və əsas ehtiyacları ödəmək üçün fövqəladə hallar komitəsi yaradılıb və qubernatorluğun zəruri fövqəladə hallar xidmətləri göstərmək üçün yerli qurumlarla koordinasiya içində olduğunu təsdiqləyib.

Təhlükəsizlik tədbirlərinin bir hissəsi olaraq, məktəblər və müəssisələr fəaliyyətlərini dayandırıb.

Hücumlar bir neçə gün davam edəcək

İsrail ordusu bildirib ki, qüvvələri Şin Bet daxili təhlükəsizlik agentliyi və polis ilə birlikdə gecə işğal olunmuş İordan çayının qərb sahilinin şimalına daxil olub və bunun bölgədəki "terrora qarşı mübarizə" əməliyyatlarının bir hissəsi olduğunu iddia edib.

Əsəd "Anadolu" agentliyinə bildirib ki, İsrail tərəfi Fələstin rəsmilərinə qubernatorluqda davam edən hərbi əməliyyatın daha bir neçə gün davam edəcəyi barədə məlumat verib və vəziyyəti "təhlükəli dərəcədə gərgin" adlandırıb.

Qubernator Tubasda "axtarışda olan şəxslərin" olması ilə bağlı İsrail iddialarını rədd edərək, əməliyyatın təhlükəsizliklə deyil, siyasi olduğunu vurğulayıb.

İsrail ordusu 2023-cü ilin oktyabr ayında Qəzzaya müharibənin başlamasından bəri işğal olunmuş İordan çayının qərb sahilindəki hücumlarını da artırıb.

İşğal olunmuş ərazilərdə ordu və qanunsuz yəhudi köçkünlərinin hücumları nəticəsində ən azı 1082 fələstinli həlak olub, təxminən 11 min nəfər yaralanıb. 20 mindən çox fələstinli də saxlanılıb.

Ötən ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğal etməsini qanunsuz elan edibi və işğal olunmuş İordan çayıhıh qərb sahilindəki və Şərqi Qüdsdəki bütün yaşayış məntəqələrinin boşaldılmasını istəyib.

Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub