DÜNYA
2 dəqiqə oxuma
HƏMAS bütün Fələstin qruplaşmaları ilə milli dialoqa hazır olduğunu bildirib
Fələstin müqavimət təşkilatı HƏMAS İsrailin humanitar şərtlərdən siyasi vasitə kimi istifadə etdiyini iddia edərək, Qəzzadakı atəşkəsə sadiq olduğunu bildirib
HƏMAS bütün Fələstin qruplaşmaları ilə milli dialoqa hazır olduğunu bildirib
Qəzzada atəşkəs qərarı / Reuters

HƏMAS bütün Fələstin qruplaşmaları ilə milli dialoq başlatmaq üzrə olduğunu açıqlayıb.

HƏMAS bu açıqlamanı Misirin vasitəçiliyi ilə Qahirədə nümayəndə heyəti ilə FƏTH qrupu arasında keçirilən görüşlə eyni vaxtda verib. Görüşdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi və bölgənin gələcəyi müzakirə olunub.

HƏMAS-ın sözçüsü Hazəm Qassəm "Anadolu" agentliyinə verdiyi müsahibədə hərəkatın "açıq ürəklə və Fələstin İdarəsinə və digər milli qüvvələrə əl uzadaraq milli dialoqa doğru yönəldiyini" və hakimiyyətin "gözardı edilə bilməyəcək Fələstin qurumlarından biri olduğunu" vurğulayıb.

Qassəm səlahiyyətliləri "Qəzzadakı mövcud milli konsensusa uyğunlaşmağa və açıq fikirlə dialoqa gəlməyə" çağırıb və deyib ki, bu, milli birlik vaxtıdır və milli maraqlar dar partiya maraqlarından üstün tutulmalıdır".

Qassəm xəbərdarlıq edib ki, indiki dövr təkcə HƏMAS üçün deyil, həm də Qəzza və İordan çayının qərb sahilindəki bütün fələstinlilər üçün təhlükəlidir.

HƏMAS sözçüsü hərəkatın Qəzzadakı atəşkəs razılaşmasını "bütün detalları ilə" həyata keçirməyə tam sadiqliyini bir daha təkrarlayıbı və vasitəçiləri İsrailə razılaşmaya əməl etməsi üçün təzyiq göstərməyə çağırıb.

Qassəm bildirib ki, HƏMAS "razılaşmanı yekunlaşdırmaq üçün gecə-gündüz danışıqlar aparır və razılaşdırılmış məsələləri həyata keçirmək üçün əhəmiyyətli addımlar atır".

Qassəmin sözlərinə görə, HƏMAS Türkiyə, Misir və Qətərdən aydın zəmanətlər, eləcə də ABŞ-dan birbaşa zəmanətlər alıb. Bu zəmanətlər "müharibənin faktiki olaraq başa çatdığını" və razılaşma şərtlərinin yerinə yetirilməsinin "bu müharibəni başa vurduğunu" göstərir.

O əlavə edib ki, HƏMAS sağ qalan girovları və onların qalıqlarını təhvil verməklə birinci mərhələni başa vurub və qalan məhbusları təhvil vermək üçün çalışır.

İkinci mərhələ

İkinci mərhələ ilə bağlı Qassəm bildirib ki, bu, vasitəçilərlə əlavə müzakirə və aydınlaşdırma tələb edir və bu mərhələ ətraflı yanaşmalar tələb edən geniş məsələləri və mürəkkəb məsələləri əhatə edir.

O, HƏMAS-ın əsas məqsədinin "Qəzza zolağında Fələstin xalqına qarşı müharibəni tamamilə və birdəfəlik dayandırmaq" olduğunu vurğulayıb.

Qassəm həmçinin İsrailin pozuntuları barədə vasitəçiləri məlumatlandırmağa davam etdiklərini bildirib və atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin 90 fələstinlini öldürdüyünü və "Rəfah sərhəd keçid məntəqəsini bağlı saxlamaqla kifayət qədər yardımın daxil olmasına mane olduğunu" qeyd edib.

O, İsraili humanitar şərtlərdən siyasi sövdələşmə vasitəsi kimi istifadə etməkdə günahlandırıb və bildirib ki, bu, İsrailin illərdir Qəzza blokadası altında istifadə etdiyi bir üsuldur.

Qassəm həmçinin Qəzzaya təcili yardım çatdırılmasını və yenidən aclıq təhlükəsinin qarşısını almaq üçün tədbirlər görülməsini tələb edib.

Araşdırma
Husilərin Ədən şəhərində Əl-Maşiq Prezident Sarayına hücumu nəticəsində 5 nəfər həlak olub
Yəmən hökumət qüvvələri husilər arasında 200-dən çox itki qeydə alındığını bildirib
Suriyanın Həma şəhərində təşkil edilən silahlı hücumda 4 təhlükəsizlik əməkdaşı həlak olub
İran Hörmüz boğazı ilə bağlı Omanla lazımi razılığa gəldiklərini bildirib
Paşinyan: "Azərbaycanla sülh dövlətçiliyimizin uzunömürlülüyünün əsasını təşkil edəcək"
İraqın şimalındakı Metina bölgəsində terror təşkilatı PKK/KCK 4 yaşayış məntəqəsini tərk edib
Nigeriyada tacir karvanına hücum zamanı 27 nəfər həlak olub
Andriy Sıbiha: "Zelenski Prezident Ərdoğanın vasitəçiliyi ilə Putinlə görüşə bilər"
Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib, ölənlər var
Şimali Koreya Yapon dənizi istiqamətində çox sayda ballistik raket buraxıb
İraq qüvvələri DEAŞ-ın mövqelərinə hava zərbələri endirib
Braziliyada minlərlə insan Prezident Lula da Silvaya dəstək mitinqində bir araya gəlib
HƏMAS Qəzzadakı xəstəxanada hərbi fəaliyyətin olması ilə bağlı İsrailin iddialarını rədd edib
Polşa Baş naziri Donald Tuska qarşı sui-qəsd planlaşdıran şəxs saxlanılıb
ABŞ-də Trampın siyasətini təbliğ edən reklamlar qadağan olunub
Yəmən ordusunun məlumatına görə husilərin 900-dən çox üzvü zərərsizləşdirilib
Cibuti sahillərində baş verən gəmi qəzasında 139 nəfər həlak olub, 84 nəfər itkin düşüb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı husilərin hücumlarını birgə bəyanatla pisləyiblər
Ər-Riyaddakı hava limanına təşkil edilən hücumda 12 nəfər həlak olub, 309 nəfər yaralanıb
ABŞ vətəndaşlarının Fələstində qətlə yetirilməsi İsrail tərəfindən örtbas edildiyi iddia olunur