TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə "uzun müddətdir gözlənilən" Qəzza atəşkəsini alqışlayır
Rəsmi Ankara beynəlxalq ictimaiyyəti atəşkəsi qorumağa, zorakılığın qarşısını almağa və Qəzzada yenidənqurma səylərini dəstəkləməyə çağırıb
Türkiyə "uzun müddətdir gözlənilən" Qəzza atəşkəsini alqışlayır
Türkiyə "uzun müddətdir gözlənilən" Qəzza atəşkəsini alqışlayır / Reuters

Türkiyə Qəzzada çoxdan gözlənilən atəşkəsi alqışlayıb və beynəlxalq ictimaiyyəti müharibənin viran qoyduğu bölgədə kövrək atəşkəsi qorumağa və humanitar yardım və yenidənqurma səylərini dəstəkləməyə çağırıb.

Oktyabrın 23-də BMT Təhlükəsizlik Şurasının Fələstin üzrə iclasında çıxış edən Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Aslı Güven deyib: "Türkiyə Qəzzada atəşkəsin əldə edilməsini alqışlayır və atəşkəs razılaşmasının tam və dərhal həyata keçirilməsini tələb edir".

Güven əlavə edib ki, beynəlxalq ictimaiyyət olaraq əsas prioritetimiz uzun müddətdir gözlənilən və çətinliklə qazanılan atəşkəsi hər nəyin bahasına olursa olsun qorumaq olmalıdır.

İşğal olunmuş İordan çayının qərb sahilində atəşkəs pozuntularının və İsrail zorakılığının qarşısının alınmasının zəruriliyindən danışan Güven xəbərdarlıq edib ki, İsrailin Livan, Suriya və daha geniş bölgəyə qarşı hücumları və sabitliyi pozan siyasəti dayandırılmalıdır.

Türk diplomat onu da deyib: "Yaxın Şərq daimi müharibə dövrünə dözə bilməz. Münaqişələr güc tətbiqi ilə deyil, diplomatik əlaqələr və danışıqlar yolu ilə həll edilməlidir. İkinci prioritet Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək və UNWRA da daxil olmaqla, BMT ilə əlaqəli təşkilatlarla sıx koordinasiyada yubanmadan yenidənqurma işlərinə başlamaqdır.

Araşdırma
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız Suriyanın irəliləyişi haqqında danışıb
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
Prezident Ərdoğan: "Təhlükəsiz qidaya çıxışı milli təhlükəsizliyimizin əsas hissəsi kimi görürük"
Burhanettin Duran İsrailin müdafiə naziri İsrael Katzın açıqlamalarına reaksiya göstərib
Prezident R.T.Ərdoğan "Türk Dünyası Gənclər Görüşü"  münasibəti ilə video müraciət ünvanlayıb
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkədən istifadəsi qadağan edildi
Milli Kəşfiyyat Təşkilatının rəhbəri Suriyanın xarici işlər naziri ilə görüşüb
Milli Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına hərbi qüvvə yerləşdirilməsi müzakirə olunub
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
Prezident R.T.Ərdoğan 2026-2027-ci tədris ilinin açılış mərasimində çıxış edib
Prezident Ərdoğan İstanbulun işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edib
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb