Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Prezident Ərdoğan görüşdə Türkiyənin Yaponiya ilə münasibətlərini, xüsusilə müdafiə sənayesi, investisiya və ticarət sahələrində olmaqla bütün sahələrdə inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini bildirib.
Ərdoğan Türkiyə olaraq İran ilə ABŞ arasında baş verən qarşıdurmanın həllinin yeganə yolunun danışıqlar olduğunu vurğulayıb. Prezident davamlı sülh və sabitliyin təmin olunması üçün diplomatik səylərin dəstəkləndiyini qeyd edib.
Dövlət başçısı görüşdə əlavə olaraq, Kumamotoda keçən ay baş verən zəlzələdə həlak olanlar münasibətilə Yaponiya Baş naziri Takaiçi'yə bir daha başsağlığı dilədiyini bildirib.





















