TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə Helsinki Aktının imzalanmasının 50-ci ildönümünü qeyd edir
Türkiyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təsis sənədi olan Helsinki Aktının imzalanmasının 50-ci ildönümünü qeyd edib
Türkiyə Helsinki Aktının imzalanmasının 50-ci ildönümünü qeyd edir
Türkiyə Xarici İşlər Nazirliyi / AA

Türkiyə Xarici İşlər Nazirliyi ATƏT-i geniş bir regionda sülh və sabitliyin əsas faktı kimi tanıdığını və təşkilatın effektivliyinin və əməliyyatlarının təkmilləşdirilməsi səylərini fəal dəstəklədiyini açıqlayıb.

Türkiyə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) təsis sənədi olan Helsinki Aktının imzalanmasının 50-ci ildönümünü qeyd edib.

Nazirlik bəyanatında qeyd edilib ki, Soyuq Müharibə dövründə bloklar arasında fikir ayrılıqlarını və gərginliyi azaltmaq üçün təşəbbüs edilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransı prosesində 1975-ci ildə imzalanmış Helsinki Aktı hələ də qüvvədə olan, əsas prinsipləri ilə Avropa-Atlantik və Avrasiya regionunu əhatə edən geniş bir bölgədə və əməkdaşlığa əsaslı təhlükəsizlik memarının bünövrəsini qoyub.

Bildirilib ki, Türkiyə Helsinki Aktını ilk imzalayan dövlətlərdən biri kimi bu prosesi əvvəldən dəstəkləyib.

Bəyanatda deyilib: “Türkiyə təkcə regional sülh və sabitliyə sadiqliyini təsdiqləməyib, həm də beynəlxalq hüquq prinsipləri əsasında formalaşan Avropa təhlükəsizlik əsaslarının formalaşmasına fəal töhfə verib”.

Bəyanatda Türkiyənin 1994-cü ildə ATƏT-i təsis edən konfrans prosindən bəridir təşkilata sadiq qaldığı vurğulanıb. Daha sonra “Türkiyə siyasi-hərbi, iqtisadi-ekoloji və humanitar ölçüləri əhatə edən hərtərəfli təhlükəsizlik anlayışına əsaslanan ən geniş regional təhlükəsizlik forumu olan ATƏT-ə fəal töhfə verməkdə davam edir” deyilib.

Bəyanatın sonunda qeyd olunub ki, ölkəmiz çoxtərəfliliyə yönəlmiş fəal diplomatiyasını, dialoqunu və əməkdaşlığını qətiyyətlə davam etdirəcək və bu zamanın bütün çağırışlarına baxmayaraq, ATƏT-in coğrafiyasında sabitlik və sülhün hökm sürməsinə öz töhfəsini verməyə davam edəcək.

Araşdırma
Türkiyə Suriyanın "Terroru dəstəkləyən dövlətlər" siyahısından çıxarılmasını alqışlayıb
Prezident Ərdoğan: "Bölgəmizdəki qeyri-sabitliyə dözməyəcəyimizi hər kəsə bəyan etdik"
Türkiyə dövləti İnterpoldan B.Netanyahunun həbsi üçün order çıxarılmasını tələb edib
Rəsmi Ankara İsrailin bəyanatlarına qarşı kəskin reaksiya verdi
Xarici işlər naziri Hakan Fidan misirli və səudiyyəli həmkarları ilə telefon danışığı aparıb
Türkiyə İsrailin Suriya ilə bağlı iddialarını rədd edib və "qanunsuz" hava zərbələrini pisləyib
Türkiyə və Suriya arasında mədənçilik sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb
Prezident Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığı aparıb
Fransa meşə yanğınları ilə mübarizədə dəstək verən Türkiyə dövlətinə təşəkkür etdi
Prezident Ərdoğan ilə ABŞ Prezidenti Tramp arasında telefon danışığı olub
Prezident Ərdoğanın ötən əsrin ən böyük fəlakətlərindən olan Mərmərə zəlzələsi ilə bağlı mesajı
Prezident Erdoğan "Al Jazeera" televiziyasına müsahibə verib
Türkiyənin ilk 6 ayda neft istehsalı 23,1 milyon barrelə çatıb
TBMM sədri N.Kurtulmuş "Terrorsuz Türkiyə" prosesi haqqında danışıb
Türkiyənin Suriyadakı səfiri N.Yılmaz iki ölkə arasındakı məsələlər haqqında danışıb
TRT qazaxıstanlı jurnalistlərə mediada süni intellektdən istifadə təlimi verəcək
Türkiyə Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
Hakan Fidan Misirə etdiyi səfərlə bağlı paylaşım edib
R.T. Ərdoğan AK Partiyanın 25-ci ildönümü münasibətilə məqalə qələmə alıb
Prezident Ərdoğan şəhid ailələri və qaziləri qəbul edib