DÜNYA
1 dəqiqə oxuma
Fələstinli Məhbuslar Klubu:''Mərvan Barquti həbsxanada döyülüb''
Bu barədə məlumat qurumun rəsmi ‘’Telegram’’ kanalında yayımlanan bəyanatda yer alıb
Fələstinli Məhbuslar Klubu:''Mərvan Barquti həbsxanada döyülüb''
Fələstinli Məhbuslar Klubu:''Mərvan Barquti həbsxanada döyülüb''
16 oktyabr 2025

Fələstinli Məhbuslar Klubu fələstinli diplomat Mərvan Barqutinin İsrail həbsxanasında döyüldüyünü açıqlayıb. Bu barədə məlumat qurumun rəsmi ‘’Telegram’’ kanalında yayımlanan bəyanatda yer alıb.

Bәyanatda bildirilir ki, Barquti döyüldükdən sonra huşunu itirib və nəticədə dörd qabırğası sınıb.

66 yaşlı Mərvan Barquti Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi ‘‘Fəth’’ hərəkatının üzvüdür və Fələstin siyasətində ən tanınmış simalardan biri hesab olunur. O, 2002-ci ildən İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrail və ‘‘Həmas’’ arasında sentyabrın 29-da açıqlanan planın birinci mərhələsi üzrə razılıq əldə olunduğunu bildirmişdi. Plana Qəzzada atəşkəsin təmin olunması, fələstinli məhbusların azad olunması müqabilində bütün israilli əsirlərin sərbəst buraxılması və İsrail qüvvələrinin Qəzzadan tədricən çıxarılması daxildir.

Sözügedən planın birinci mərhələsi ötən həftə, cümə günü qüvvəyə minib.

Planın ikinci mərhələsi isə Qəzzada ‘‘Həmas’’ın iştirakı olmadan yeni bir idarəetmə orqanının formalaşdırılmasını, çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini və ‘‘Həmas’’ın silahlarını tam şəkildə təhvil verilməsini nəzərdə tutur.

İsrailin 2023-cü ilin oktyabrından bəri davam edən hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla, təxminən 68 min fələstinli həyatını itirib.

Araşdırma
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''