SİYASƏT
2 dəqiqə oxuma
V.Putin İsrail və İran dövləti rəhbərləri ilə telefon danışığı aparıb
Tərəflər arasında telefon danışığı zamanı regional məsələlər müzakirə olunub
V.Putin İsrail və İran dövləti rəhbərləri ilə telefon danışığı aparıb
V.Putin İsrail və İran dövləti rəhbərləri ilə telefon danışığı aparıb / Reuters
19 saat əvvəl

Rusiya prezidenti Vladimir Putin yanvarın 16-da (bu gün) İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bu barədə məlumat Kremlin tərəfindən verilib. Telefon danışığı zamanı V.Putin B.Netanyahuya İran ətrafı da daxil olmaqla Yaxın Şərqdə sabitliyin təmin olunması üçün siyasi və diplomatik səylərin artırılmasına çağırış edib.

Kremlinin verdiyi açıqlamada deyilir: “Prezident V.Putin bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş siyasi və diplomatik səylərin gücləndirilməsini dəstəkləyən prinsipial mövqeyini ifadə edib. Rusiya tərəfi bütün aidiyyəti tərəfləri əhatə edən konstruktiv dialoqu təşviq etmək və vasitəçilik səylərini davam etdirmək öhdəliyini təsdiqləyir.”

Həmçinin qeyd olunur ki, hər iki ölkə başçısı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

 

V.Putin İran prezidentinə zəng edib

Kremlinin ayrıca verdiyi açıqlamaya görə, V.Putin İran prezidenti Məsud Pezeşkian ilə də telefon danışığı aparıb. Telefon danışığı zamanı M.Pezeşkian ölkə daxilində vəziyyətin normallaşması ilə bağlı məlumat verib.

Açıqlamada deyilir: “Rəsmi Mosvka və Tehran rəhbərliyi İran ətrafında və ümumilikdə bölgədə gərginliyin ən qısa vaxtda azaldılmasını dəstəkləyir və yaranan problemlərin təkcə siyasi və diplomatik yollarla həllini mümkün hesab edir.”

Qeyd olunur ki, tərəflər strateji tərəfdaşlığı daha da gücləndirmək, eləcə də müxtəlif sahələr üzrə birgə iqtisadi layihələrin praktiki icrasını irəlilətmək barədə qarşılıqlı öhdəliklərini yeniləyiblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən aydan bəri İranda baş verən hökumət əleyhinə etirazlara dəstək verəcəyini dəfələrlə bəyan edib. Lakin o, yanvarın 14-də Ağ Evdə etdiyi çıxışda bu mövzudaki ifadələrini nisbətən yumşaldıb.

Xəbər verildiyi kimi, İrannın rəsmi qurumları ölkədə həlak olanlar və ya saxlanılanlarla bağlı dəqiq məlumat açıqlamayıblar.

ABŞ mərkəzli bir insan hüquqları təşkilatı isə etirazçılar və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla ümumilikdə 2.600-dən çox insanın həlak olduğunu ehtimal edir.

MƏNBƏ:TRT