DÜNYA
1 dəqiqə oxuma
Kırımda Rusiya hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub
Kırımda “An-26” hərbi təyyarəsinin qəzaya uğramasından sonra məsələylə bağlı araşdırma başladılıb
Kırımda Rusiya hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub
Kırımda Rusiya hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub / Reuters
13 saat əvvəl

Rusiya Müdafiə Nazirliyi aprelin 1-də işğal altındakı Kırım yarımadası üzərində hərbi təyyarənin qəzaya uğradığını və göyərtədə olan 29 nəfərin hamısının həlak olduğunu açıqlayıb. Axtarış-xilasetmə qrupları hadisə nəticəsində sağ qalanın olmadığını təsdiqləyiblər.

Nazirlik bildirib ki, “An-26” hərbi nəqliyyat təyyarəsində 23 sərniş və 6 ekipaj üzvü yer alıb.

Rusiya Müdafiə Nazirliyi tarəfindən verilən açıqlamada deyilir: “31 mart tarixində Moskva vaxtı ilə təxminən saat 18:00-da (1500 GMT) Kırım yarımadası üzərində planlı uçuş zamanı “An-26” hərbi nəqliyyat təyyarəsi ilə rabitə əlaqəsi kəsilib.”

Nazirlik hadisə yerinə araşdırma aparılması üçün komissiya göndərildiyini bildirib.

“RIA Novosti”nin istinad etdiyi mənbəyə görə, təyyarə qayalıq əraziyə düşüb.

Nazirlik həmçinin bildirib ki, indiyədək təyyarəyə xaricdən müdaxilə edildiyinə dair hər hansı sübut aşkarlanmayıb və ilkin araşdırmalara əsasən qəzanın texniki nasazlıq səbəbindən baş vermiş ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Rusiya qüvvələri 2014-cü ilin fevralında Kırım yarımadasını işğal edib. Bundan bir ay sonra isə Rusiya prezidenti Vladimir Putin bölgəni rəsmi şəkildə Rusiya Federasiyasının federal subyekti kimi elan edib.

MƏNBƏ:TRT