DÜNYA
3 dəqiqə oxuma
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb
Avqustun 15-dən bəri 300-dən çox adamın daşqınlarda öldüyü şimal-qərb bölgəsində xilasetmə əməliyyatları bərpa edilib
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb
Pakistanın şimal-qərbindəki Buner rayonunun Pişoreen kəndində sel sularından qaçan əhali / AP

Pakistanın şimal-qərbində yağan güclü yağışlar xilasetmə və humanitar əməliyyatları bir neçə saatlıq dayandırıb. Avqustun 15-dən bəri 300-dən çox adamın daşqınlarda öldüyü şimal-qərb bölgəsində xilasetmə əməliyyatları daha sonra bərpa edilib.

Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, "güclü yağış şimal bölgəsində bir çox yerdə insan tələfatına və dağıntılara səbəb olub. Çoxlu insan sel sularında həyatını itirib. Açıqlamada, "Təpəlik ərazilərdə yağan yağışlar torpaq və qaya sürüşmələri ilə birlikdə daşqınlara səbəb olub, evləri, binaları, nəqliyyat vasitələrini və əşyaları aparıb" deyilib.

"Reuters TV"-yə danışan 24 yaşlı universitet tələbəsi Sahil Xan daşqınları "fəlakət səhnəsi kimi" təsvir edib. "Hamı qorxur. Uşaqlar qorxur. Yata bilmirlər" deyib.

Daşqınlardan ən çox zərər çəkən Buner rayonu olub, 200-dən çox adam həlak olub.

Hayber Paxtunxva Əyalətinin Fəlakətlərin İdarə Edilməsi İdarəsi (PDMA) elan edib ki, əyalət hökumətinin göstərişi ilə zərər çəkmiş rayonlara 800 milyon Pakistan rupisi (təxminən 2,82 milyon dollar) yardım fondu ayrılıb. "Dawn" qəzetinin məlumatına görə, ayrıca olaraq Buner rayonu üçün 500 milyon rupi (təxminən 1,76 milyon dollar) yardım fondu ayrılıb.

Buner də daxil olmaqla, daşqından zərər çəkmiş bölgələrə yağan güclü yağışlar xilasetmə qruplarını bu gün bir neçə saatlıq yardım işlərini dayandırmağa məcbur edib. Regional hökumət rəsmisi Abid Vəzir "Reuters" agentliyinə deyib: “İndi bizim prioritetimiz yolları təmizləmək, körpülər tikmək və zərərçəkmiş insanlara yardım çatdırmaqdır”.

"Reuters" şahidlərinin bildirdiyinə görə, Bunerin Bayşonai Kalay kəndinin sakinləri əvvəllər daşmış və geniş dağıntılara səbəb olan su kanalının yağışla yenidən qabarmasından sonra təşvişə düşüb və yüksək yerə qaçıblar.

Yerli hökumətin, Fəlakətlərin İdarə Olunması Rəyasət Heyətinin və hərbçilərin xilasetmə qrupları yolları və küçələri palçıqdan, aşan ağaclardan və elektrik dirəklərindən təmizləmək üçün ekskavatorlardan istifadə edib.

Bu gün qeydə alınan video açıqlamada informasiya naziri Attaullah Tarar zərər çəkmiş bölgələrə yardım ləvazimatlarının göndərildiyini bildirib. Tarar “Dawn” qəzetinə deyib ki, daşqından zərər çəkmiş ərazilərdə sakinlərin xilas edilməsi, yardımların göstərilməsi və bərpa işlərinin aparılması “milli borcdur”.

Rəsmilər bildiriblər ki, yardıma ərzaq, dərman, ədyal, çadır, elektrik generatoru və su nasosları daxildir.

Rəsmilərin bildirdiyinə görə, paytaxt İslamabaddan avtomobillə üç saat yarımlıq məsafədə yerləşən Buner şəhəri nadir leysan yağışına məruz qalıb və bir saat ərzində kiçik bir əraziyə 100 mm-dən (dörd düym) çox yağış yağıb.

Bunerdə avqustun 15-də səhər bir saat ərzində 150 mm-dən çox yağış qeydə aldı. Rəsmilər bildiriblər ki, sentyabrın əvvəlinə qədər Pakistanda daha güclü yağış gözlənilir.

Fəlakətlərin İdarə Olunması Rəyasət Heyətinin avqustun 17-də verdiyi açıqlamada "Mövcud hava sistemi Pakistan bölgəsi üzərində aktivdir və bu da yaxın 24 saat ərzində güclü və çox güclü yağışlara səbəb ola bilər" deyilib.

Cari ilin musson mövsümündə yağan güclü yağışlar və daşqınlar iyunun sonundan bəri Pakistanda 657 nəfərin həyatına son qoyub.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib