SİYASƏT
1 dəqiqə oxuma
Pedro Sançes: “İspaniya Fələstinə sülhməramlı qüvvələr göndərməyə hazırdır”
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, ölkəsi Ukraynaya qoşun göndərməyə hazır olduğu kimi, “fürsət yaranacağı təqdirdə” sülhməramlı missiya çərçivəsində Fələstinə də hərbi qüvvə göndərməyə hazırdır
Pedro Sançes: “İspaniya Fələstinə sülhməramlı qüvvələr göndərməyə hazırdır”
Pedro Sançes: “İspaniya Fələstinə sülhməramlı qüvvələr göndərməyə hazırdır” / Reuters

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, ölkəsi Ukraynaya qoşun göndərməyə hazır olduğu kimi, “fürsət yaranacağı təqdirdə” sülhməramlı missiya çərçivəsində Fələstinə də hərbi qüvvə göndərməyə hazırdır.

Pedro Sançes Madriddə İspaniya səfirləri ilə keçirilən görüşdə deyib ki, imkan yarandığı halda Fələstinə sülhməramlı qüvvə göndərilməsi məsələsini parlamentin müzakirəsinə çıxaracaq. Baş nazir deyib:“Fürsət yaranarsa və bu sülhməramlı missiyanın necə həyata keçirilə biləcəyini görsək, parlamentə Fələstinə sülhməramlı qüvvə göndərməyi təklif edəcəyəm. Biz Fələstini və Qəzza zolağını unutmamışıq. İspaniya Fələstində ümidin bərpasında fəal rol oynamalıdır. Oradakı vəziyyət hələ də qəbuledilməzdir.”

Sançes eyni zamanda qeyd edib ki, sülh sazişi imzalanacağı halda İspaniya Ukraynaya qoşun göndərməyə hazırdır.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində hər hansı xarici sülhməramlı qüvvənin yerləşdirilməsinə qarşı olduğunu bəyan edib.

Qeyd edək ki, 2024-cü ildə Fələstin dövlətini tanıyan İspaniya hökuməti İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatlarını Avropada ən sərt tənqid edən ölkələrdən biri olub.

Ötən ilin sonunda Pedro Sançes Madriddə Fələstin dövlət başçısı Mahmud Abbasla görüşündə beynəlxalq ictimaiyyəti fələstinlilərin “dramatik vəziyyəti” barədə daha məlumatlı olmağa çağırıb.

Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib