MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı
Qədim Kolossaidə aşkar edilən qəbirlər qədim tarixi əşyalarla birlikdə bölgənin inanc və həyat tərzinə işıq tutur
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı
Türkiyədə 2 min 200 illik 60 qəbir aşkarlandı
7 oktyabr 2025

Türkiyənin qərbində, Ege bölgəsində yerləşən qədim Kolossai şəhərində qazıntı işləri aparan arxeoloqlar təqribən 2 min 200 il əvvələ aid 60 qəbir üzə çıxarıblar.

Mütəxəssislər bildirirlər ki, Anadolu ərazisində oxşar qəbir nümunələri daha əvvəllər də aşkarlanıb. Lakin bu qədər dar bir sahədə yan-yana bu sayda qəbirlərə nadir hallarda rast gəlinir.

Pamukkale Universitetindən arxeoloqu Barış Yener “Anadolu” agentliyinə açıqlamasında deyib: “Kolossaidə Anadoludakı ən böyük qayadan oyulmuş, uzunsov formada olan qəbir nekropolunu aşkar etdiyimizi düşünürük. Səthi torpaq qatını götürdükdən sonra təqribən 65 qəbir müəyyən etdik və onların 60-ını qazdıq. Skelet qalıqları ilə yanaşı, mühüm arxeoloji məlumatlara da rast gəldik. Antik dövr insanları bölgənin geoloji və topoqrafik xüsusiyyətlərini diqqətəlayiq şəkildə istifadə ediblər. O vaxtlar əsasən taxılçılıqla məşğul olduqları üçün məhsuldar torpaqları qorumaq məqsədilə qayalı traverten sahələrini qəbiristanlıq kimi istifadə ediblər”.

İnanc turizmi potensialı

Kolossai antik şəhərinin inanc turizmi baxımından da mühüm potensiala sahib olduğu qeyd edilir. B.Yenerin sözlərinə görə, tapıntılar bölgə sakinlərinin qoruyucu inanclara xüsusi önəm verdiyini göstərir.

“Tapıntılar Kolossai əhalisinin sehrə, tilsimlərə və qoruyucu gücə malik olduğuna inanılan əşyalara necə dəyər verdiyini ortaya qoyur. Qəbirlərdən şəfa verici xüsusiyyətlərə malik olduğuna inanılan çoxlu sayda muska (dualı boyunbağı), tilsim və daş tapdıq”, - arxeoloq B. Yener əlavə edib.

Qəbirlərdən çıxarılan əşyalar cəmiyyətin qorunma arzularını və dəfn mərasimlərinin gündəlik dini ayinlərlə necə iç-içə olduğunu anlamağa kömək edir. Qəbirdə aşkarlanan hədiyyələr arasında gündəlik həyat və ölüm sonrası üçün nəzərdə tutulduğu terrakotta və şüşə qablar, yağ lampaları, sikkələr də yer alır.

 

Tarixi boşluğu dolduran kəşf

Barış Yener bildirib ki, Kolossaidəki qazıntılardan əldə edilən məlumatlar bölgə tarixindəki xronoloji boşluğu dolduracaq qədər əhəmiyyətlidir: “Artıq əlimizdə Honaz ərazisinin türkləşməsinə qədər kəsintilərinin olmadığı məlumat axını mövcuddur”.

Qeyd edək ki, Kolossai bölgəsi Əhəmənilər imperiyası dövrünün ən mühüm şəhərlərindən biri olub. Roma və Vizantiya dövrlərində də xristianlıq tarixində əhəmiyyətli rol oynayıb. Lakin İerapolis və Laodikeya kimi qonşu şəhərlərin qurulması ilə Kolossai zamanla əhəmiyyətini itirib və eramızdan əvvəl I əsrdə baş verən zəlzələdə böyük zərər görüb.

Şəhər 692-ci ildə “Chonae” adı ilə yenidən qurulsa da, 787-ci ildəki dağıdıcı zəlzələdən sonra tamamilə tərk edilib.

Üçillik səthi araşdırmalardan sonra burada qazıntılar Pamukkale Universitetindən arxeoloq Barış Yenerin rəhbərliyi ilə və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Gələcək üçün Miras” layihəsi çərçivəsində başlanıb. Qazıntılar hazırda Denizli vilayətinin Honaz dağı ətəklərində aparılır.

Eramızdan əvvəl VI əsrdən etibarən mühüm ticarət mərkəzi kimi tanınan, xüsusilə yun və toxuculuq istehsalı ilə məşhur olan Kolossai şəhəri davam edən arxeoloji işlər sayəsində qədim tarixinin yeni tərəflərini üzə çıxarmaqda davam edir.

MƏNBƏ:TRT
Araşdırma
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Sami Yusufun İstanbuldakı konsert proqramında minlərlə insan iştirak etdi
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
Madonna Roma Papasını Qəzzada aclıq çəkən uşaqlara kömək göstərməyə çağırdı
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
Türkiyə 65 ildən sonra Mark Avreli heykəlini geri qaytardı
Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Türkiyə Roma sərgisində mədəni incilərini nümayiş etdirir
Türkiyədə muzeylər axşam gec saatlara qədər ziyarətçilərin üzünə açıq olacaq
İstanbulun əfsanələri: Mif və tarixi birləşdirən epik hekayə təcrübəsi
"Wanderlust" jurnalı Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib
Türkiyənin paylaşmaq üçün çox geniş və zəngin mədəniyyəti var
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
"TRT World" 2025-ci il "Telly" müsabiqəsində gümüş mükafata layiq görüldü
Papa XIV Leo kimdir?
Mosab Abu Toha kimdir?
Osman tablosu Londonda 1 milyon funta satıldı