SİYASƏT
1 dəqiqə oxuma
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi rəsmi internet səhifəsində ölkəsi ilə ABŞ arasında fevral ayından bəri davam edən hərbi gərginliklə bağlı açıqlama verib.

Ölkəsinin zənginləşdirilmiş uran ehtiyatının taleyindən bəhs edən Möhsün Rzayi bu barədə heç bir güzəştə gedilməyəcəyini vurğulayıb. O bildirib ki, bir qram da zənginləşdirilmiş uran İrandan kənara çıxarılmayacaq.

Vaşinqton administrasiyası ilə danışıqların yalnız qarşılıqlı etimad mühitində mümkün olduğunu qeyd edən Möhsün Rzayi ABŞ etimadın bərpası üçün zəruri addımlar atmayanadək heç bir dialoqun aparılmayacağını bildirib. Möhsün Rzayi vurğulayıb ki, bu proses yalnız İranın irəli sürdüyü bütün şərtlərin tam yerinə yetirilməsi ilə başlaya bilər.