DÜNYA
2 dəqiqə oxuma
Türkiyə və 3 ölkə Səudiyyə Ərəbistanına qarşı hücumlara reaksiya verib
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı bütün hücumlarına reaksiya verərək ölkənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə...
Türkiyə və 3 ölkə Səudiyyə Ərəbistanına qarşı hücumlara reaksiya verib
BMT Baş Assambleyası

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı bütün hücumlarına reaksiya verərək ölkənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sarsılmaz dəstəklərini bir daha bəyan ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə-Misir-Pakistan-Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirlərinin 6-cı İclasına dair yayımlanan birgə bəyanata əsasən Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gəliblər.

İclas gündəmdəki regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparılmasına imkan yaradıb.

Nazirlər Yaxın Şərqdə və daha geniş regionda sülh, təhlükəsizlik, sabitlik və rifahın dəstəklənməsi məqsədilə 4 ölkə arasında məsləhətləşmə və koordinasiyanın davam etdirilməsinin vacibliyini təsdiqləyiblər.

Regionda davam edən gərginlik və münaqişələrdən dərin narahatlıqlarını ifadə edən nazirlər dialoq və diplomatiyanın davamlı həllə nail olunmasının yeganə yolu olduğunu vurğulayaraq, bu çərçivədə daimi sülh və sabitliyin bərqərar edilməsi məqsədilə "Islamabad Razılaşması"na əməl olunmasının vacibliyini diqqətə çatdırıblar.

4 ölkə husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib

Nazirlər Yəməndəki husilərin son günlərdəki hücumları da daxil olmaqla, Səudiyyə Ərəbistanına yönəlmiş bütün hücumları sərt dillə pisləyərək Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sarsılmaz dəstəklərini bir daha dilə gətiriblər.

Səudiyyə Ərəbistanının beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq özünü, ərazisini və xalqını qorumaq məqsədilə özünümüdafiə hüququnu təsdiqləyən nazirlər dənizlərdə gəmiçilik təhlükəsizliyinin və azadlığının qorunmasının vacibliyini vurğulayıblar.

Nazirlər Yəmənin qanuni hökumətinin və Yəmən Rəyasət Heyəti Şurasının siyasi proses və müxtəlif tərəflərin iştirak edəcəyi əhatəli Yəmən tərəfdarı dialoq yolu ilə Yəməndə təhlükəsizlik, sabitlik və inkişafın təmin olunmasına yönəlmiş səylərinə sarsılmaz dəstəklərini ifadə ediblər.

Fələstin məsələsinin Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasındakı mərkəzi əhəmiyyətini bir daha təsdiqləyən nazirlər BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, paytaxtı Şərqi Qüds olan, 4 iyun 1967-ci il sərhədləri əsasında müstəqil, suveren, davamlı və coğrafi bütövlüyə malik Fələstin Dövlətinin qurulması və öz müqəddəratını təyin etmək hüququ da daxil olmaqla, Fələstin xalqının qanuni hüquqlarına dəstəklərini bildiriblər.

Sudanda birliyi zəiflədən paralel təşkilatlanmalar rədd edilməlidir

Nazirlər Sudanın suverenliyi, birliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəklərini təsdiqləyərək qanuni milli təşkilatlarının qorunmasının və Sudanın suverenliyini, birliyini zəiflədən paralel qurumların rədd edilməsinin vacibliyini vurğulayıblar.

Sudan ərazisinə qanunsuz silah, muzdlu əsgər və xarici döyüşçü axınının dayandırılmasının zəruriliyinə diqqət çəkən nazirlər kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və uzunmüddətli regional sabitliyin dəstəklənməsi məqsədilə regional, beynəlxalq proseslərlə bağlı sıx koordinasiyanı və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Araşdırma
ABŞ İsrailə əlavə hərbçi və qırıcıların yerləşdirilməsinə hazırlaşır
Genişləyən tələbə etirazları səbəbindən Fransada yüzlərlə lisey bağlanıb
Qəzzalı həkim Əbu Səfiyə Avropa Parlamenti İnsan Hüquqları Mükafatına namizəd göstərilib
İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda daha 8 nəfər həyatını itirib
Danimarka Soyuq müharibədən bəri ən irimiqyaslı təlimlərə başlayır
Pakistan Əfqanıstana hava hücumları təşkil edib
İraq ölkədəki bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan plan hazırlayır
Suriyada mina partlayışı olub, üç nəfər həyatını itirib
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb
Suriyanın Hama şəhərində mikroavtobusa hücum nəticəsində 7 nəfər həlak olub
"FlyDubai" təyyarəsi pilotların əlbəyaxa davası səbəbilə Səudiyyə Ərəbistanına təcili eniş edib
İran: Xarici işlər naziri Əraqçi ABŞ-dən aldığı son təklifi Prezident Pezeşkiana təqdim etdi
ABŞ 23 il əvvəl işğal etdiyi İraqdan geri çəkilmə prosesini başa çatdırdığını elan etdi
İsrailin atəşkəsə baxmayaraq Qəzzaya təşkil etdiyi hücumlarda daha 9 nəfər həyatını itirib
Pakistan husi hücumlarına qarşı Səudiyyə Ərəbistanını dəstəklədiyini bir daha təsdiqləyib
İsrail mətbuatı: BƏƏ-dən İsrailə gedən təyyarə qaçırıldığına dair fövqəladə hal kodu göndərib
Yunanıstanın İsraildən aldığı SPIKE NLOS raket sistemlərini adalara yerləşdirdiyi irəli sürülüb
Antonio Quterreş Myanmada 50 nəfərin ölümünə səbəb olan hücumu pislədi
Tramp İranın axırda "təslim olacağını" iddia edib
İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub