SİYASƏT
1 dəqiqə oxuma
Azərbaycan Müdafiə Nazirliyi:"İranın hücumları cavabsız qalmayacaq"
Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasına edilən PUA hücumlarına görə İranın məsuliyyət daşıdığını və bu aktların cavabsız qalmayacağını bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi:"İranın hücumları cavabsız qalmayacaq"
Azərbaycan / AA
2 saat əvvəl

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasına edilən PUA hücumlarına görə İranın məsuliyyət daşıdığını və bu aktların cavabsız qalmayacağını bəyan edib.

Məlumatda bildirilib ki, hazırda pilotsuz uçuş aparatlarının texniki parametrləri və hücumun təfərrüatları ilə bağlı araşdırmalar davam edir.

Nazirliyin bəyanatında vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, həmçinin mülki əhalinin və infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün zəruri cavab tədbirləri hazırlanır.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, dron hücumları İran ərazisindən həyata keçirilib.

Məlumata görə, hücum zamanı dronlardan biri Naxçıvan hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb.

Hadisə nəticəsində hava limanının binasına ciddi ziyan dəyib, iki mülki şəxs isə yaralanıb.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.