Qəzzada qış şəraitinin təsiri gücləndiyi ərəfədə Türkiyə dövləti törədilən soyqırımın ağır nəticələrinə məruz qalan bölgəyə humanitar yardım göndərməkdə davam edir.
Məsələylə bağlı, Kayserinin mərkəzi rayonu olan Melikqazidə hazırlanan humanitar yardım yük maşınları Qəzzaya doğru yola salınıb.
Melikqazi Bələdiyyəsi ilə İnsan Hüquq və Azadlıqları və Humanitar Yardım Fondunun (İHH) əməkdaşlığı ilə təşkil olunan yük maşınlarında yorğan, ədyal və döşək kimi lazımi ehtiyaclar yer alıb.
Yük maşınları dualarla yola salınarkən, Melikqazi Bələdiyyəsi Qəzzada davam edən humanitar böhrandan zərər çəkənlərə yardım göstərilməsi istiqamətində səylərini davam etdirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarına görə, humanitar yardım tərəfdaşları Qəzza əhalisinin təxminən yarısı qədər olan bir milyondan çox insanın hələ də təcili sığınacaq dəstəyinə ehtiyacı olduğunu bildirir.
Çünki, qışın gəlişi Qəzzadakı ailələrin dəstəyə ehtiyacını daha da artıb. Belə ki, sərt qış şəraiti çadırlarda və ya ciddi ziyan görmüş tikililərdə yaşamağa məcbur qalan ailələrin çətinliklərini daha da artırır. İHH isə ərzaq, su, dərman və digər təcili yardım vasitələrinin çatdırılmasını davam etdirir.
Qeyd edək ki, İHH qurumu 2025-ci ildə Qəzzaya 77 yük maşını humanitar yardım göndərib. Həmin il fond Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində 28,7 milyon porsiya isti yemək paylayıb.















