DÜNYA
1 dəqiqə oxuma
Marko Rubio: ''İsrail Qəzzanı bombalamağı dayandırmalıdır''
İsrail danışıqlarda iştirak edəcək nümayəndə heyətinin Misirə yola düşəcəyini və dolayı danışıqların sentyabrın 6-da başlayacağını açıqlayıb
Marko Rubio: ''İsrail Qəzzanı bombalamağı dayandırmalıdır''
Marko Rubio: ''İsrail Qəzzanı bombalamağı dayandırmalıdır''
6 oktyabr 2025

ABŞ dövlət katibi Marko Rubio İsrailin Qəzzaya hücumlarını dayandırmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yalnız bu halda əsirlərin azad olunması mümkün ola bilər.

Rubio sentyabrın 5-də "CBS News"a verdiyi müsahibədə deyib:
“Düşünürəm ki, israillilər də, digərləri də anlayır ki, hücumlar davam etdiyi müddətdə əsirlərin azad edilməsi mümkün deyil. Ona görə də hücumlar dayandırılmalıdır”.

Bu arada “Həmas” İsraillə əsir mübadiləsinin tezliklə başlanmasına çağırıb. Müzakirəçilər İsrailin Qəzzaya hücumlarını dayandırmaq məqsədilə vacib danışıqlar üçün Misirdə görüşməyə hazırlaşırlar.

Misir də daxil olmaqla bir neçə ölkə bu danışıqları hərtərəfli və davamlı atəşkəsə nail olmaq üçün “real imkan” kimi qiymətləndirir.

“Həmas bölgədəki vəziyyətə uyğun olaraq döyüşləri dərhal dayandırmaq və əsir mübadiləsinə başlamaq üçün razılığa gəlməkdə çox maraqlıdır”, – deyə adının açıqlanmasını istəməyən bir Həmas rəsmisi AFP-yə bildirib.

İsrail danışıqlarda iştirak edəcək nümayəndə heyətinin Misirə yola düşəcəyini və dolayı danışıqların sentyabrın 6-da başlayacağını açıqlayıb.