TÜRKİYƏ
1 dəqiqə oxuma
İ.Kalın İstanbulda “Həmas”nümayəndə heyəti ilə görüşüb
Görüşdə Qəzza razılaşmasının ikinci mərhələsinə keçid müzakirə olunub
İ.Kalın İstanbulda “Həmas”nümayəndə heyəti ilə görüşüb
İ.Kalın İstanbulda “Həmas”nümayəndə heyəti ilə görüşüb / AA

Təhlükəsizlik mənbələrinin məlumatına görə, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda Fələstin müqavimət hərəkatı “Həmas”ın nümayəndə heyəti ilə bir araya gəlib. Yanvarın 24-də baş tutan görüşdə İ.Kalın “Həmas” Siyasi Büro üzvü və danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyə ilə bir araya gəlib.

Təmaslar zamanı ikinci mərhələsinə keçən Qəzza atəşkəs razılaşması müzakirə edilib. Tərəflər humanitar yardımların artırılması, Rəfah Sərhəd Keçid Məntəqəsinin iki istiqamətli açılması, Qəzza Milli İdarəetmə Komitəsinin fəaliyyətə başlaması və digər əlaqədar məsələlər üzrə koordinasiyalı şəkildə çalışılması barədə razılığa gəliblər.

Görüş zamanı “Həmas” nümayəndə heyəti Qəzzada sülhün təmin olunmasına yönəlmiş səylərdə Türkiyənin vasitəçi və təminatçı rolu, eləcə də planın ikinci mərhələsində rəsmi Ankaranın getdikcə artan töhfələrinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini çatdırıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayından bu yana Qəzzaya qarşı törədilən hücumlar nəticəsində, əksəriyyəti qadın və uşaqlar olmaqla, 71 mindən çox insan həyatını itirib, 171 mindən artıq şəxs yaralanıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 10-da başlayan atəşkəsə baxmayaraq hücumlar davam edib və bu müddət ərzində 481 fələstinli öldürülüb, 1.313 nəfər yaralanıb.

MƏNBƏ:TRT
Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib