DÜNYA
2 dəqiqə oxuma
Fələstin nümayəndə heyəti Avropaya sәfәr edib
Fələstin nümayəndə heyəti Fələstin dövlətinin tanınmasına dəstək verən ölkələrin sayını artırmaq məqsədilə Avropaya səfər edib
Fələstin nümayəndə heyəti Avropaya sәfәr edib
Fələstin nümayəndə heyəti Avropaya sәfәr edib / Reuters
16 oktyabr 2025

Fələstin nümayəndə heyəti Fələstin dövlətinin tanınmasına dəstək verən ölkələrin sayını artırmaq məqsədilə Avropaya səfər edib. Oktyabrın 15-də İsveçrəyə səfər edən Fələstin dövlət başçısının xüsusi nümayəndəsi bildirib ki, Fələstin Administrasiyasının təmsilçiləri hələ Fələstini tanımayan ölkələri razı salmaq üçün Avropada diplomatik görüşlər keçirirlər.

Fələstinin keçmiş baş naziri və hazırda dövlәt başçısı Mahmud Abbasın xüsusi nümayəndəsi olan Məhəmməd Ştayye isveçrəli diplomatlarla görüşdüyünü və rəsmi Berni “Fələstini tanıyan ölkələr sırasına qoşulmağa” təşviq etdiyini bildirib.

Ştayye həmçinin eyni mesajı çatdırmaq üçün yaxın günlərdə Hollandiya və Avstriyaya da səfər edəcəyini deyib. BMT-nin müxbirlər assosiasiyası ACANU tərəfindən təşkil edilən brifinqdə çıxış edən Ştayye deyib:
“Daha bir nümayəndə heyəti Baltikyanı ölkələrə səfər edəcək. Ümid edirik ki, dövlәt başçımız İtaliya və Almaniyaya da səfər edəcək.”

Avstraliya və Kanada kimi bəzi qeyri-Avropa ölkələrinin Fələstini tanımaq qərarı İsrailin kəskin tənqidlərinə səbəb olsa da, bu addım beynəlxalq aləmdə Fələstin dövlətinə artan dəstəyin göstəricisi kimi qiymətləndirilir.

“Fələstini hələ də tanımayan 34 ölkə var. Biz həmin ölkələrlə əlaqə saxlayırıq və onları bu sıraya qoşulmağa təşviq etməyə çalışırıq,” – deyə Məhəmməd Ştayye qeyd edib.

İsveçrə xarici işlər naziri İqnazio Kassis ilə görüşdüyünü bildirən Ştayye deyib:
“Mesajım çox aydındır: İsveçrə BMT agentliklərinə ev sahibliyi edir və Cenevrə Konvensiyalarının qoruyucusudur. Mən İsveçrə hökumətini digər ölkələr kimi Fələstini bir dövlət olaraq tanımağa dəvət etdim.”

İsveçrədə bəzi ictimai qruplar da Fələstinin tanınması üçün təzyiq göstərirlər. Bu məqsədlə vətəndaş cəmiyyəti təşkilatları, QHT-lər və siyasətçilərdən ibarət bir koalisiya ölkənin birbaşa demokratiya sistemi çərçivəsində referendum keçirilməsi üçün bu həftə imza toplama kampaniyasına başlayıb.

Araşdırma
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub
Pakistanın Bəlucistan bölgəsində baş verən terror hücumlarında ölənlərin sayı 250-yə çatıb
Miqrantları daşıyan qayıq Yunanıstan Sahil Mühafizəsinin gəmisi ilə toqquşub: 14 nəfər həlak olub
İndoneziyada Semeru vulkanı püskürüb
İndoneziyada torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 85 nəfərə çatıb
Türkiyə Sudanın birliyinə və suverenliyinə güclü dəstəyini bir daha təsdiqləyib
Fələstinlilər Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzəyə qayıdır
Suriya təhlükəsizlik qüvvələri Qamışlı şəhərinə daxil olub
Yaponiyada güclü qar yağışı nəticəsində ölənlərin sayı 30-a çatıb
İraq Suriyadan gətirilən DEAŞ məhbuslarına qarşı istintaq başladılıb
Nigeriya ordusu "Boko Haram"a ağır zərbələr endirib
Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində Rusiyada iki nəfər həlak olub
İsrail Qəzzadan məhdud sayda xəstə üçün Rəfah sərhəd- keçid məntəqəsini yenidən istifadəyə verib
İndoneziyada torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 70 nəfərə çatıb
İsrail ilk dəfə Qəzza soyqırımında 71 mindən çox fələstinlinin öldürüldüyünü etiraf etdi
İsrail qüvvələri Qəzza zolağında daha iki fələstinlini qətlə yetirib
İƏT BMT Təhlükəsizlik Şurasını Fələstinin üzvlüyünün tam tanınması üçün tədbir görməyə çağırıb
Kolumbiya-Venesuela sərhədində təyyarə qəzası: 15 nəfər həlak olub
Rusiya və Ukrayna gecə saatlarında həyata keçirilən hava hücumlarında itkilər olduğunu bildiriblər
Şimali Koreya modernləşdirilmiş raket sistemini sınaqdan keçirib