DÜNYA
1 dəqiqə oxuma
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
Somalililər Türkiyənin ölkələrinə verdiyi dəstəyə minnətdarlıqlarını bildirmək üçün nümayişlər keçiriblər
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib

Somalililər Türkiyənin ölkələrinə verdiyi dəstəyə minnətdarlıqlarını bildirmək üçün nümayişlər keçiriblər.

Somali Nazirlər Kabinetinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Nəsra Bəşir Əli aksiya zamanı çəkilmiş şəkilləri rəsmi "Facebook" səhifəsində paylaşıb.

O, paylaşımında bu ifadələrə yer verib: "Somaliyə verdiyi dəstəyə görə Türkiyə Respublikasına təşəkkür etmək üçün müxtəlif bölgələrdə nümayişlər keçirilir. Təşəkkür edirik, Türkiyə!"

Yayımlanan kadrlarda nümayişçilərin tribunaları doldurduğu, Türkiyə və Somali bayraqları dalğalandırdığı görünür. Aksiya iştirakçıları Türkiyənin verdiyi dəstəyə minnətdarlıq olaraq nəhəng Türkiyə bayrağı qaldırıblar.