TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Sözügedən memorandum hərbi istehsalat sahəsində tərəfdaşlığı təşviq etmək, dörd ölkənin hərbi imkanlarını gücləndirmək, eləcə də texniki-hərbi təlim və tədqiqat sahəsində əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Qətər, İndoneziya, Pakistan və Türkiyə arasında müdafiə sənayesi və hərbi təlim sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə Qətərin Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən Əl Sani, İndoneziyanın müdafiə nazirinin müavini Yusuf Cəuhari, Pakistanın müdafiə naziri Xavaja Məhəmməd Asif və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər imza atıblar.

Sözügedən memorandum hərbi istehsalat sahəsində tərəfdaşlığı təşviq etmək, dörd ölkənin hərbi imkanlarını gücləndirmək, eləcə də texniki-hərbi təlim və tədqiqat sahəsində əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Bu təşəbbüs müasir müdafiə sistemlərinin inkişafına uyğun həll yollarının və sənaye sahələrinin yaradılmasına töhfə verəcək.

Saziş iştirakçı ölkələr arasında hərbi əlaqələri genişləndirməyə, müdafiə sənayesindəki əməkdaşlığı inkişaf etdirməyə və regional təhlükəsizliklə sabitliyi dəstəkləyən çoxşaxəli tərəfdaşlığı möhkəmləndirməyə xidmət edir.