SİYASƏT
1 dəqiqə oxuma
Tramp müttəfiqlərin müharibəyə dəstək verməkdən imtina etməsi səbəbilə NATO-dan çıxmaqla hədələyib
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə getdikcə genişlənən münaqişə və enerji böhranı mühitində NATO ittifaqına sərt reaksiya göstərərək müttəfiqləri ilə gərginliyi artırıb
Tramp müttəfiqlərin müharibəyə dəstək verməkdən imtina etməsi səbəbilə NATO-dan çıxmaqla hədələyib
NATO / Reuters

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin İrana qarşı müharibəni dəstəkləməkdən imtina etməsindən sonra ölkəsinin NATO-dan çıxarmağı düşündüyünü bildirib və alyansın kollektiv müdafiəyə olan sadiqliyini sərt şəkildə tənqid edib.

Tramp "The Telegraph" qəzetinə verdiyi müsahibəsində NATO-nu tənqid atəşinə tutub.

Tramp müharibədən sonra ABŞ-nin alyansdakı üzvlüyünü yenidən dəyərləndirib-dəyərləndirməyəcəyi barədə suala cavab verərkən, məsələnin "yenidən dəyərləndirməkdən də kənarda" olduğunu deyib.

Tramp deyib: "Biz hər zaman avtomatik olaraq orada idik. Ukrayna da daxil olmaqla müttəfiqlərə verdiyimizin dəstəyin qarşılığını ala bilmədik. Onlar bizim üçün yox idilər".

Hörmüz boğazı mövzusundakı münaqişə

Tramp bu açıqlamaları NATO üzvlərinin qlobal neft tədarükünün təxminən 20 faizini daşıyan və həftələrdir faktiki olaraq bağlı qalan, enerji bazarlarını sarsıdan və qlobal tənəzzül qorxusunu artıran Hörmüz boğazının yenidən açılması səylərini dəstəkləməkdə tərəddüd etdiyi bir vaxtda verib.

Tramp həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer də daxil olmaqla əsas müttəfiqləri hədəf alaraq, İngiltərənin hərbi gücünü sual altına qoyub və müdafiə mövqeyini tənqid edib.

Digər tərəfdən, ABŞ-nin Dövlət katibi Marko Rubio da administrasiyanın məyusluğunu dilə gətirərək NATO-nu "təktərəfli münasibət" kimi xarakterizə edib və Vaşinqtonun münaqişədən sonra alyansdakı roluna yenidən baxa biləcəyi barədə xəbərdarlıq edib.

Araşdırma
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"