TÜRKİYƏ
1 dəqiqə oxuma
R4 ölkələrinin XİN rəhbərlərinin görüşü başlayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə İstanbulda R4 ölkələrinin xarici işlər nazirlərinin toplantısı başlayıb
R4 ölkələrinin XİN rəhbərlərinin görüşü başlayıb
R4 ölkələrinin XİN rəhbərlərinin görüşü başlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə İstanbulda R4 ölkələrinin xarici işlər nazirlərinin toplantısı başlayıb.

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı regional məsələlər üzrə dialoqu gücləndirmək və davamlı sabitliyi təmin etmək məqsədilə R4 mexanizmini yaradıblar.

Xarici işlər naziri Hakan Fidan çıxışında regional təhlükəsizliyə görə məsuliyyətin ilk növbədə bölgə ölkələrinin üzərinə düşdüyünü vurğulayacaq. Nazir, həmçinin Türkiyənin regional əməkdaşlıq mexanizmlərini gücləndirməyə üstünlük verdiyini diqqətə çatdıracaq.

Hakan Fidan Yaxın Şərqdəki gərginliyin əsas səbəbinin İsrailin işğalçı siyasəti, sülhə mane olan mövqeyi və təcavüzkar addımları olduğunu vurğulayacaq. Nazir beynəlxalq ictimaiyyəti İsrailə təzyiqi artırmağa, bütün dövlətləri isə Qüdsün hüquqi statusunu sarsıdan və "iki dövlətli həll" modelinə zərər vuran addımlardan çəkinməyə çağıracaq

Hakan Fidanın ABŞ və İran arasındakı ziddiyyətlərin yalnız diplomatiya və dialoq yolu ilə həll edilə biləcəyini vurğulaması nəzərdə tutulur. Hakan Fidan husilərin mülki obyektlərə hücumları fonunda Türkiyənin Səudiyyə Ərəbistanına dəstəyini təkrarlayacaq, ‘‘Məkkə Müdafiə’’ sazişi çərçivəsində birgə təhlükəsizliyin vacibliyini qeyd edəcək.