SİYASƏT
2 dəqiqə oxuma
ABŞ-nin Venesuelaya hücumları nəticəsində təxminən 40 nəfər həlak olub
nəşri bildirib ki, ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı zamanı mülki şəxslər və hərbçilər arasında ölənlər olub
ABŞ-nin Venesuelaya hücumları nəticəsində təxminən 40 nəfər həlak olub
ABŞ-nin Venesuelaya hücumları nəticəsində təxminən 40 nəfər həlak olub / Reuters

ABŞ-nin “The New York Times” qəzetində dərc olunan məqaləyə əsasən, ABŞ ordusunun Venesuelanı hədəf alan və prezident Nikolas Maduronun ələ keçirilməsini məqsəd qoyan hərbi hücumu nəticəsində təxminən 40 nəfər həlak olub.

Adının açıqlanmaması şərti ilə danışan yüksək vəzifəli Venesuela rəsmisinə istinad edilən hesabatda bildirilir ki, “Hücum zamanı mülki şəxslər və hərbçilər də daxil olmaqla təxminən 40 nəfər öldürülüb”.

ABŞ rəsmiləri qəzetə bildiriblər ki, hücum quru qoşunları yerləşdirilməzdən əvvəl Venesuelanın hava hücumundan müdafiə sistemini sıradan çıxarmağı hədəfləyən genişmiqyaslı hava əməliyyatını əhatə edib.

Məqalədə ABŞ rəsmilərinə istinadla qeyd olunur: “Hava hücumundan müdafiəni sıradan çıxarmaq məqsədilə 150-dən çox ABŞ təyyarəsi göndərilib. Bununla da hərbi helikopterlər N.Maduronun mövqeyinə hücum edən birlikləri daşıya bilib”.

Ağ Ev və ya Pentaqon tərəfindən hələlik itkilər və ya əməliyyatın tam miqyası ilə bağlı rəsmi açıqlama vrilməyib.

Xəbər verildiyi kimi, ABŞ qüvvələri yanvarın 3-də səhər saatlarında Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi həbs edərək Venesueladan çıxarıb.

Donald Tramp ABŞ-nin Venesuelanı təhlükəsiz və uyğun bir keçid təmin olunana qədər idarə edəcəyini bildirib.

Nyu-Yorkun Cənub Dairəsi üzrə federal prokurorlar yanvarın 3-də səhər saatlarında ittiham aktını açıqlayaraq Nikolas Maduronu və Siliya Floresi ABŞ-yə “tonlarla kokain” gətirməkdə və digər iddia edilən cinayətlərdə təqsirləndiriblər.

Amerikanın həyata keçirdiyi bu əməliyyata tənqidi yanaşan bəzi ekspertlər isə bildiriblər ki, hücum beynəlxalq hüququ pozur, ABŞ Konqresini prosesdən kənarda qoyur və həm Venesuelada, həm də daha geniş regionda sabitsizliyin dərinləşməsi riskini artırır.

MƏNBƏ:TRT
Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib