SİYASƏT
1 dəqiqə oxuma
Fransalı fermerlər Parisdə yeni etiraz aksiyası keçiriblər
Fermerlərin etirazı Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinədir
Fransalı fermerlər Parisdə yeni etiraz aksiyası keçiriblər
Fransalı fermerlər Parisdə yeni etiraz aksiyası keçiriblər / Reuters
13 yanvar 2026

Fransalı fermerlər yerli kənd təsərrüfatını daha ucuz Cənubi Amerika idxalı ilə haqsız rəqabətə məruz qoyaraq təhlükə altına saldığını bildirdikləri Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinə etiraz ediblər. Onlar bu məqsədlə bir həftə ərzində ikinci dəfə traktorlarla Paris istiqamətində etiraz aksiyası həyata keçiriblər.

Fransada yanvarın 12-də (bu gün) keçirilən aksiya Fransanın ən böyük fermer həmkarlar ittifaqlarından biri olan FNSEA tərəfindən təşkil olunub. Avropa Birliyinin ən böyük kənd təsərrüfatı istehsalçısı olan Fransada və digər üzv ölkələrdəki fermerlər Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişi və bir sıra problemlərlə bağlı aylardır etirazlarını davam etdirirlər.

Paris polisi aksiyada təxminən 350 traktorun iştirak etdiyini açıqlayıb. Traktor karvanının bir qismi paytaxtın məhşur Zəfər tağının qarşısında toplaşarkən, digər bir qismi isə Fransanın parlament binasının qabağına toplaşıb.

Açıqlama verən FNSEA-nın vitse-prezidenti fermer Damien Greffin deyib: “MERCOSUR sazişi Avropa Parlamenti hələ mövqeyini bildirməmişkən təsdiqlənib. Bu isə Fransa kənd təsərrüfatına tətbiq edilən standartlara uyğun olmayan xarici malların idxalına yol açacaq.”

D.Greffin bildirib ki, fermerlər yanvarın 13-də Fransanın parlamenti qarşısında etiraz aksiyası keçirəcəklər, həmçinin yanvarın 20-də Strasburqda yerləşən Avropa Parlamenti binasında da nümayiş planlaşdırırlar.

MƏNBƏ:TRT