DÜNYA
2 dəqiqə oxuma
Malayziya Qəzzaya humanitar yardım aparan donanma fəalları üçün İsrailə qarşı BƏM-yə müraciət edəcək
Kuala-Lumpur "Global Sumud" yardım donanmasının beynəlxalq sularda dayandırılması zamanı fəalların qaçırılması və onlara işgəncə verilməsi iddiaları ilə...
Malayziya Qəzzaya humanitar yardım aparan donanma fəalları üçün İsrailə qarşı BƏM-yə müraciət edəcək
Qəzzaya humanitar yardım aparan donanma, 24 may 2026-cı il. / AP

Kuala-Lumpur "Global Sumud" yardım donanmasının beynəlxalq sularda dayandırılması zamanı fəalların qaçırılması və onlara işgəncə verilməsi iddiaları ilə əlaqədar İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) hüquqi proses başlatmağa hazırlaşır.

Yerli mətbuatın yaydığı məlumata görə, Malayziya hökuməti Qəzzaya gedən "Global Sumud" humanitar yardım donanmasındakı fəalların qaçırıldığı və işgəncələrə məruz qaldığı iddiası ilə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağa hazırlaşır.

"Malay Mail" qəzetinin xəbərinə görə, Malayziyanın Selanqor ştatının Baş naziri Əmirudin Şari vəkillərin məlumat və dəstəkləyən sübutların toplanması prosesini başa vurduqdan sonra Kuala-Lumpurun məhkəmə prosesinə başlayacağını bildirib.

Qəzzaya yardım çatdırmaq üçün İsrailin dəniz blokadasını yarmağı hədəfləyən donanmadakı 400-dən çox beynəlxalq fəal keçən həftə beynəlxalq sularda İsrail qüvvələrinin hücumuna məruz qalaraq saxlanılıb.

Əmirudin Kuala-Lumpur Beynəlxalq Hava Limanında "Global Sumud Flotilla 2.0" qrupunun qarşılanma mərasimindəki çıxışında deyib: “Səssiz qalmayacağıq, dayanmayacağıq. Hüquq qrupu beynəlxalq hüquq pozuntularına dair bütün sənədləri toplayarkən, onlar bir neçə dəfə qaçırılıb və işgəncələrə məruz qalıblar”.

O, “Bunun beynəlxalq məhkəməyə müraciət edəcəyik, diplomatik təzyiqləri davam etdirəcəyik və Malayziyanın dörd bir tərəfində fəaliyyətlər həyata keçirəcəyik”,-deyə əlavə edib.

Əmirudin qeyd edib ki, bu hüquqi addım xüsusilə malayziyalı iştirakçıların da daxil olduğu donanma fəallarına qarşı qaçırma və işgəncə kimi qəddarlıq iddialarından sonra atılıb.

O, bu prosesin ardınca Qəzzanın “tam azadlığı” tələbi ilə hökumət tərəfindən diplomatik təzyiqlərin davam etdiriləcəyini vurğulayıb.

Əmirudin "GSF 2.0" missiyası başa çatsa da Malayziya və Selanqorun Fələstin məsələsinə sadiqliyinin davam edəcəyini bildirib.

O, təbliğat işlərini gücləndirmək məqsədilə gələcəkdə Fələstinlə bağlı beynəlxalq konfransların Malayziyada keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Əmirudin həmçinin əlavə edib ki, "Sumud 3.0" Qəzza blokadası qaldırılana qədər mübarizəni davam etdirəcək.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi