TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Türkiyədən və Qazaxıstandan olan müəllimlər Astanada bir araya gəldilər
Təhsil sahəsindəki əməkdaşlıq iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndir
Türkiyədən və Qazaxıstandan olan müəllimlər Astanada bir araya gəldilər
Türkiyədən və Qazaxıstandan olan müəllimlər Astanada bir araya gəldilər

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan beynəlxalq təhsil proqramında Türkiyədən və Qazaxıstandan olan müəllimlər bir araya gəliblər.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Astana Şəhər İcra Hakimiyyətinin Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən birhəftəlik təhsil proqramı sertifikatların təqdimetmə mərasimi ilə başa çatıb.

Təhsil proqramı çərçivəsində Türkiyə Milli Təhsil Nazirliyindən ezam olunmuş 6 mütəxəssis Qazaxıstan üzrə fəaliyyət göstərən 120 müəllimə müxtəlif mövzularda mühazirələr deyib.

Müəllimlər sözügedən dərslərdə müasir tədris yanaşmalarını nəzəri biliklər və praktiki məşğələlərlə təkminləşdirmək imkanı əldə ediblər.

Proqramın sonuncu günündə "İnteqrasiya olunmuş təlim və tədris modellərinə giriş" təlimində iştirak edən müəllimlər, təhsil müddətində qazandıqları bilik və bacarıqlardan istifadə edərək öz dərslərinə uyğun özünəməxsus təlim ssenariləri hazırlayıblar. Onlar, eyni zamanda, keçirilən layihə sərgisində həmin işlərini nümayiş etdirib, öz aralarında təcrübə və fikir mübadiləsi aparmaq imkanı qazanıblar.

Sertifikatların təqdimetmə mərasimində çıxış edən TİKA-nın Astana şəhəri üzrə koordinatoru Fuat Erdoğmuş təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.

MƏNBƏ:TRT