Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında 5 mülki şəxsin həyatını itirdiyi və 56 nəfərin yaralandığı bildirilib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) sosial media hesabından edilən paylaşımda Rusiya ordusunun ötən gecədən bəri ölkəyə hava hücumları təşkil etdiyi qeyd edilib.
Paylaşımda hücumlarda paytaxt Kiyev də daxil olmaqla Ukraynanın müxtəlif bölgələrinin hədəf alındığı bildirilib.
Hücumlar səbəbindən 4 nəfərin həyatını itirdiyi bildirilən açıqlamada 35 nəfərin yaralandığı diqqətə çatdırılıb.
Paytaxt Kiyevin meri Vitali Kliçko da sosial media hesabındakı paylaşımında Rusiyanın bu gecə paytaxta etdiyi hücumda 1 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib.
Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada isə Rusiyanın ölkəyə qarşı hücumlarda istifadə etdiyi müxtəlif tipli 186 pilotsuz uçuş aparatından (PUA) 150-nin məhv edildiyi qeyd olunub.
Rusiya ordusunun bu hücumlarda raketlərdən də istifadə etdiyi bildirilən açıqlamada Ukraynanın müxtəlif bölgələrinə yönəlmiş hava hücumlarının davam etdiyi vurğulanıb.





















