DÜNYA
1 dəqiqə oxuma
Avropanın bir hissəsini bürüyən soyuq hava şəraiti nəqliyyatı çətinləşdirir
Avropanın bir sıra ölkələrində müşahidə olunan soyuq hava şəraiti və güclü qar yağışı nəqliyyat sistemlərinin işində ciddi problemlərə səbəb olub
Avropanın bir hissəsini bürüyən soyuq hava şəraiti nəqliyyatı çətinləşdirir
Avropanın bir hissəsini bürüyən soyuq hava şəraiti / AFP

Niderlandda əlverişsiz hava şəraiti və dəmir yolu sistemində baş verən texniki nasazlıqlar səbəbindən yanvarın 6-da ölkə üzrə daxili qatar reysləri müvəqqəti dayandırılıb.

Amsterdam ətrafında nəqliyyatın fəaliyyətində problemlər davam edir. “Schiphol” beynəlxalq hava limanında 400-dən çox reysin ləğv edildiyi bildirilir.

Fransada buzlanma yol hərəkəti üçün təhlükə yaradıb. Yerli medianın məlumatına görə, son günlərdə dondurucu hava şəraiti ilə əlaqədar baş verən yol-nəqliyyat hadisələri nəticəsində beş nəfər həyatını itirib. Ölkənin qərb və şimal bölgələrində altı kiçik hava limanı fəaliyyətini dayandırıb. Rəsmi qurumlar vətəndaşlara zərurət olmadıqca səfərə çıxmamaq və uzaqdan işləməyi tövsiyə edib.

Almaniyada temperatur bəzi bölgələrdə mənfi 10 dərəcədən aşağı düşüb, ölkənin böyük hissəsi qarla örtülüb. Meteoroloji xidmətlərin proqnozuna görə, yaxın günlərdə xüsusilə şimal və şərq ərazilərində güclü qar yağacağı gözlənilir.

Böyük Britaniyada Meteorologiya Xidməti qış şəraitindən irəli gələn risklərin həftə ərzində davam edəcəyini açıqlayıb. Şotlandiyanın mərkəzi bölgələri üçün qarla bağlı hava xəbərdarlığı elan edilib.

Balkanların qərb hissəsində də güclü qar və yağış yolların bağlanmasına, elektrik enerjisinin verilişində fasilələrə və daşqınlara səbəb olub. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda qarın ağırlığı nəticəsində ağacın aşması bir nəfərin ölümü ilə nəticələnib.

Araşdırma
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlayıb
İran ABŞ-nin İordaniyadakı hərbi bazasını hədəf alıb
Yeni Zelandiya İsraili İordan çayının qərb sahilində qanunsuz məskunlaşmanı dayandırmağa çağırıb
Rusiya qüvvələri Kiyevə ağır zərbələr endirdi, ölən və yaralananlar var
Səudiyyə Ərəbistanı husilərin ölkəyə hücumları nəticəsində 73 nəfərin yaralandığını açıqlayıb
İsrail qüvvələri Suriyanın cənubunu növbəti dəfə atəşə tutub
İsrailin müxalif deputatı B.Netanyahunu istefaya çağırıb
İsrailin "The Jerusalem Post" qəzetinin yaydığı məqalə böyük qalmaqala səbəb olub
İsrail ordusu Livana ağır zərbələr endirdi, ölənlər və yaralananlar var
Rusiya: Ukraynada hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzini, gəmiləri, limanları vurduq
Nepal-Çin sərhədində baş verən daşqınlarda həlak olanların sayı 1300-ü keçdi
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı