DÜNYA
2 dəqiqə oxuma
İran Trampın məktubuna cavab verib, dolayı danışıqlara açıq olduğunu bildirib
İranın Xarici İşlər naziri deyib: “Bu rəsmi cavaba qarşı tərəfə hazırkı vəziyyətlə bağlı mövqeyimizi tam izah etdiyimiz məktub və cənab Trampın məktubu daxildir”.
İran Trampın məktubuna cavab verib, dolayı danışıqlara açıq olduğunu bildirib
Reuters
28 mart 2025

İran, ABŞ prezidenti Donald Trampın nüvə danışıqları çağırışına və danışıqlardan imtina edəcəyi təqdirdə hərbi əməliyyatlarla hədələyən məktubuna cavab verdiyini bildirib.

İran xarici işlər nazirinin müavini Abbas Arakçi cümə axşamı rəsmi İRNA xəbər agentliyinə verdiyi açıqlamada, məktubun Omana çatdırıldığını bildirərək deyib: "Bu rəsmi cavabda qarşı tərəfə mövcud vəziyyətlə bağlı mövqeyimizin tam şəkildə izahı və cənab Trampın məktubu daxildir."

ABŞ və İran arasında diplomatik əlaqələr olmadığı üçün əvvəllər də vasitəçi kimi çıxış etmiş Oman dövləti məktubun çatdırılmasında köməklik edib.

Donald Tramp 2018-ci ildə birtərəfli qaydada ABŞ-ı İranın nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların yüngülləşdirilməsini təklif edən müqavilədən geri çəkilib. Lakin martın əvvəlində o, İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərdiyini və diplomatik danışıqlara açıq olduğunu açıqlayıb. Buna baxmayaraq Donald Tramp administrasiyası əlavə sanksiyalar və hərbi müdaxilə təhdidləri ilə İrana qarşı “maksimum təzyiq” kampaniyasını davam etdirir.

Dolayı Danışıqlara Açıqlıq
Arakçi bildirib ki, İran Trampın “maksimum təzyiq kampaniyası” davam etdiyi müddətcə ABŞ ilə birbaşa danışıqları rədd edir, lakin dolayı danışıqlara açıqdır. "Bizim siyasətimiz ‘maksimum təzyiq’ və hərbi müdaxilə təhdidləri altında ABŞ ilə birbaşa danışıqlar aparmamaqdır, ancaq müzakirələr əvvəllər olduğu kimi davam edə bilər," – deyə o bildirib.

Ərəb Ölkələri və Dolayı Diplomatiya
İran və ABŞ arasında 1980-ci ildən bəri rəsmi diplomatik əlaqələr yoxdur. Lakin iki ölkə arasında mesaj mübadiləsi əsasən İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə həyata keçirilir. Əvvəllər Oman və bəzən də Qətər kimi ölkələr tərəflər arasında vasitəçi rolunu öz üzərinə götürüblər. Trampın İrana göndərdiyi son məktubun isə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən çatdırıldığı bildirilir.

İran 2015-ci ildə ABŞ və Çin kimi böyük dövlətlərlə danışıqlardan sonra nüvə proqramını məhdudlaşdırmağa razılaşıb. Lakin Qərb hökumətləri uzun müddətdir ki, Tehranı gizli nüvə silahı potensialını inkişaf etdirməkdə şübhəli bilirlər. Ancaq İran bu proqramın yalnız mülki məqsədlər üçün olduğunu iddia edir.

Tramp administrasiyasının 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlməsinin əsas səbəblərindən biri də İranın ballistik raket proqramının müqavilədə yer almaması olub. Çünki rəsmi Vaşinqton bu proqrama öz milli təhlükəsizliyinə təhdid kimi baxır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, ABŞ-ın sazişdən çıxmasına baxmayaraq, İran bir il ərzində öz öhdəliklərinə əməl etməyə davam edib. Lakin sonradan mərhələli şəkildə öhdəliklərini geri götürməyə başlayıb.

MƏNBƏ:TRT Global
Araşdırma
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib