TÜRKİYƏ
1 dəqiqə oxuma
Liviya Baş Qərargah rəisinin həlak olduğu təyyarə qəzasına aid qara qutu tapılıb
Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu "Falcon 50" tipli təyyarənin qara qutusu tapılıb
Liviya Baş Qərargah rəisinin həlak olduğu təyyarə qəzasına aid qara qutu tapılıb
Ankaradan havaya qalxdıqdan sonra qəzaya uğrayan Liviyaya aid təyyarə / AP

Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu "Falcon 50" tipli təyyarənin qara qutusu tapılıb.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə verdiyi açıqlamada deyib: “Saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə "qara qutu" tapılıb və onların araşdırılmasına başlanılıb. Həmçinin Liviya Müdafiə Nazirliyi tərəfindən göndərilən və içərisində həlak olanların yaxınlarından 5 nəfərin də daxil olduğu 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən 8 nəfərlik heyət Ankaraya gəlib. Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Araşdırmalar davam edir və detallar müəyyənləşdikcə ictimaiyyətlə bölüşüləcək".

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Ankaranın Haymana rayonu yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.

Liviya Milli Birlik Hökuməti baş verən insan itkilərindən sonra ölkədə üç günlük milli matəm elan edib.

Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi