TÜRKİYƏ
2 dəqiqə oxuma
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğana 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğana 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev məktubunda bu ifadələrə yer verib:

‘‘2016-cı ilin 15 iyul tarixində Türkiyədə həyata keçirilən çevriliş cəhdinin qarşısının alınması zamanı vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. 15 iyulun Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi. Minlərlə insanın meydanlara axışaraq sinəsini sipər etməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə sahib çıxması əsl qəhrəmanlıq dastanı kimi əbədi olaraq milli yaddaşa həkk olundu. Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi, çağırışlarınıza dərhal və tərəddüdsüz cavab verməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu. Sizin rəhbərliyinizlə Türkiyə bu sınaqdan daha da güclənərək çıxdı, öz milli iradəsini və dövlətçilik ənənələrini bütün dünyaya bir daha nümayiş etdirdi. İyulun 15-də baş verənlər sübut etdi ki, xalq ilə dövlətin birliyi qarşısında heç bir məkrli niyyət, heç bir dağıdıcı qüvvə davam gətirə bilməz. Məhz buna görə də hər il 15 iyulda qeyd edilən Demokratiya və Milli Birlik Günü xalqınızın milli həmrəyliyinin, mübarizlik ruhunun, dövlətçilik ənənələrinin və azadlıq iradəsinin simvoludur’’.

Azərbaycanın ‘‘Bir millət, iki dövlət’’ prinsipi çərçivəsində həişə olduğu kimi, çevriliş cəhdi zamanı da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayan Əliyev bunun iki ölkə xalqı arasındakı qardaşlığın nə qədər güclü və sarsılmaz olduğunu növbəti dəfə sübut etdiyini vurğulayıb.

Məktubunun sonunda Prezident Rəcəb Tayyib Ərdoğana cansağlığı və dövlət fəaliyyətində uğurlar arzulayan İlham Əliyev qardaş Türkiyəyə sülh, rifah və əmin-amanlıq diləyib

Araşdırma
Hakan Fidan Pakistan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə görüşüb
Türkiyə hərbi təlim zamanı həyatını itirən hərbçilərlə əlaqədar Qazaxıstana başsağlığı verib
Netanyahunun iddialarına BMT-də cavab: "Heç bir təbliğat həqiqəti silə bilməz"
MMN: Yunanıstan sülhə və sabitliyə zərər verə bilən fəaliyyətlərdən çəkinməlidir
Prezident R.T. Ərdoğan Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edib
Prezident Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydini qəbul edib
KARAOK tank əleyhinə raket sistemi ilk dəfə hava hədəfini uğurla məhv edib
Hakan Fidan üçtərəfli görüşə ev sahibliyi etdi
Prezident Ərdoğan BMT-nin 81-ci Baş Assambleyasında çıxışından sonra ikitərəfli görüşlər keçirib
R.T.Ərdoğan:''Türkiyə azad və suveren Fələstin dövlətinin səsi olmağa davam edəcək''
Türkiyə və ABŞ yeni nəsil reaktor sazişi ilə nüvə sahəsindəki əməkdaşlığı dərinləşdirir
Dezinformasiya ilə Mübarizə Mərkəzi Türkiyənin Uqanda haqqındakı bəyanat mətnini təkzib edib
Nazir Murat Kurum COP31-in təqdimatını Nyu-Yorkda keçirib
Prezident Ərdoğan Nyu-Yorkda bir sıra görüşlər keçirib
Prezident R.T.Ərdoğan CAATSA və S-400 məsələlərini D.Tramp ilə müzakirə edəcək
Türkiyə Hərbi Hava Qüvvələri Kıbrıs (Kipr) adasının cənubunda təlim uçuşu həyata keçirib
Prezident Ərdoğan Nyu-Yorkdakı "Türk Evi"nə gəlişi zamanı onu gözləyən izdihamla qarşılaşıb
Əminə Ərdoğan ABŞ-də Prezident R.T.Ərdoğanı müşayiət edəcək
"Sıfır tullantı" konsepsiyası çərçivəsində olan ödənişsiz çimərliklər sırasına Göcek də əlavə olundu
Prezident R.T.Ərdoğan BMT-nin 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək