DÜNYA
2 dəqiqə oxuma
Yardım təşkilatı: “GHF loqomuzdan icazəsiz istifadə edib”
ABŞ-da yerləşən yardım təşkilatı “Rahma Worldwide” bəyan edib ki, İsrailin dəstəklədiyi Qəzza Humanitar Yardım Fondu (GHF) onların yardımlarını müsadirə edib və loqosundan icazəsiz istifadə edib
Yardım təşkilatı: “GHF loqomuzdan icazəsiz istifadə edib”
Gaza Humanitarian Foundation / AFP
30 may 2025

“Rahma Worldwide” mayın 29-da “Facebook” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, 4.000 ərzaq qutusu və 16 konteyner buğdanı Qəzzaya çatdırmaq üçün dörd gündür gözləyirlər, lakin yardımları ehtiyacı olan insanlara təhvil verə bilməyiblər.

Qurumun məlumatına görə, yardımlar GHF tərəfindən müsadirə edilib. GHF bu yardımların paylanmasına yardım edəcəklərini bildiriblər. Lakin “Rahma Worldwide” bu təklifi rədd edib.

“Rahma Worldwide”nin “The Guardian” qəzetinə verdiyi bəyanatda qeyd olunub ki, onların loqosu ilə təchiz olunmuş ərzaq qutuları icazəsiz istifadə edilib.

Hadisə ilə bağlı fotolar GHF-nin mətbuat materiallarında da yer alıb və qutular üzərində “Rahma Worldwide” ilə yanaşı, onun tərəfdaşı olan “Heroic Hearts” təşkilatının loqoları da əks olunub.

Qeyd edək ki, GHF yaradıldığı gündən bəri davamlı müzakirə mövzusu olub. Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bir çox humanitar yardım təşkilatları GHF-nin yardımları məhdudlaşdırdığını və humanitar prinsipləri pozduğunu bildirərək bu qurumdan uzaqlaşıblar.

Xatırladaq ki, mübahisəli Qəzza Humanitar Yardım Fondu (GHF), mayın 27-də Qəzzanın cənubundakı yardım paylama mərkəzində fəaliyyətə başlayıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini GHF-nin yardım paylanmasını kəskin şəkildə tənqid edib. O, deyib:“Aç insanların dəmir barmaqlıqlara itələndiyi, ərzaq üçün ümidsiz mübarizə apardığı dəhşətli görüntülərə şahid olduq. Bu vəziyyət xaotik, ləyaqətsiz və təhlükəlidi.”

Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) xəbərdarlıq edib ki, GHF-nin yardımların fasiləsiz çatdırılması, təhlükəsiz şəraitdə paylanması və təcili yardım ehtiyaclarının tez bir zamanda təsdiqlənməsi, Qəzzadakı təxirəsalınmaz əsas humanitar prioritetlərdən diqqətləri yayındıra bilər.

Bəzi insan hüquqları təşkilatları isə rəsmi Tel-Əvivi Qəzzadakı fələstinliləri bilərəkdən aclığa məruz qoymaqda və ərzaqdan müharibə silahı kimi istifadə etməkdə ittiham edirlər.

Xatırladaq ki, İsrail martın 2-dən etibarən Qəzzaya ərzaq, tibbi və humanitar yardımların keçidini tamamilə dayandırıb. Bu isə 2,4 milyonluq əhalisi olan bölgədə humanitar böhranı daha da dərinləşdirib.

 

Araşdırma
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub
Pakistanın Bəlucistan bölgəsində baş verən terror hücumlarında ölənlərin sayı 250-yə çatıb
Miqrantları daşıyan qayıq Yunanıstan Sahil Mühafizəsinin gəmisi ilə toqquşub: 14 nəfər həlak olub
İndoneziyada Semeru vulkanı püskürüb
İndoneziyada torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 85 nəfərə çatıb
Türkiyə Sudanın birliyinə və suverenliyinə güclü dəstəyini bir daha təsdiqləyib
Fələstinlilər Rəfah sərhəd keçid məntəqəsi vasitəsilə Qəzzəyə qayıdır
Suriya təhlükəsizlik qüvvələri Qamışlı şəhərinə daxil olub
Yaponiyada güclü qar yağışı nəticəsində ölənlərin sayı 30-a çatıb
İraq Suriyadan gətirilən DEAŞ məhbuslarına qarşı istintaq başladılıb
Nigeriya ordusu "Boko Haram"a ağır zərbələr endirib
Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində Rusiyada iki nəfər həlak olub
İsrail Qəzzadan məhdud sayda xəstə üçün Rəfah sərhəd- keçid məntəqəsini yenidən istifadəyə verib
İndoneziyada torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 70 nəfərə çatıb
İsrail ilk dəfə Qəzza soyqırımında 71 mindən çox fələstinlinin öldürüldüyünü etiraf etdi
İsrail qüvvələri Qəzza zolağında daha iki fələstinlini qətlə yetirib
İƏT BMT Təhlükəsizlik Şurasını Fələstinin üzvlüyünün tam tanınması üçün tədbir görməyə çağırıb
Kolumbiya-Venesuela sərhədində təyyarə qəzası: 15 nəfər həlak olub
Rusiya və Ukrayna gecə saatlarında həyata keçirilən hava hücumlarında itkilər olduğunu bildiriblər
Şimali Koreya modernləşdirilmiş raket sistemini sınaqdan keçirib