DÜNYA
2 dəqiqə oxuma
Musson yağışları Pakistan və Hindistanda fəlakətə çevrildi
Yağışlar və sel nəticəsində 73 nəfər həyatını itirib, yüzlərlə insan təhlükə altındadır, axtarış-xilasetmə işləri davam edir
Musson yağışları Pakistan və Hindistanda fəlakətə çevrildi
2 iyul 2025

Pakistanın Milli Fəlakətlərlə Mübarizə İdarəsi iyunun 26-dan bəri yağıntılarla əlaqədar baş verən hadisələrdə 63 nəfərin öldüyünü, 100-dən çox insanın isə yaralandığını bildirib. Tәkcә son 24 saat ərzində daha 6 nəfər həyatını itirib.

Pəncab əyalətində aralarında 11 uşağın da olduğu 21 nəfər ölüb. Xeybər-Paxtunxva əyalətində isə 10-u uşaq, 5-i qadın olmaqla 22 nəfər həyatını itirib. Sind əyalətində 15 adam, Bəlucistanda isə 5 nəfər dünyasını dəyişib.

Musson öncəsi yağıntıların səbəb olduğu ani sel hadisələri Svat vadisindəki turistlәrә dә mәnfi tәsir edib. Belә ki, vadidә olan turistlәrdәn 7-si ölüb, çox sayda insan isə itkin düşüb. Bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Sosial mediada yayılan videolarda yüksələn sular səbəbindən köməksiz qalan insanların görüntüləri yer alıb. Baş nazir Şahbaz Şərif hadisə ilə bağlı dərin kədərini ifadə edərək çay və çaylaq kənarlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara göstəriş verib.

Qeyd edәk ki, Hindistanın şimalındakı Himaçal-Pradeş əyaləti də güclü yağıntılardan ciddi zərər görüb. Güclü leysan və sel hadisəsi nəticəsində 10 nəfərin öldüyü, 34 adamın isə itkin düşdüyü təsdiqlənib. Ölkә rәsmilәrinin məlumatına görə, son 32 saat ərzində 350-dən çox şəxs xilas edilib. Hakimiyyət orqanları fəlakət bölgələrində fasiləsiz işləyir.

 

Yağıntılar davam edə bilər

Adətən iyun-sentyabr aylarında müşahidə olunan musson mövsümü region üçün həyati əhəmiyyət daşıyan yağıntılar gətirsə də, tez-tez ölümcül daşqınlara və infrastrukturun dağılmasına səbəb olur.

Hava proqnozlarına əsasən, bu ilki musson yağışlarının 2022-ci ildə Pakistan ərazisinin üçdə birini su altında qoyan və 1.740 nəfərin ölümünə səbəb olan fəlakətli mövsümdən daha zəif keçəcəyi gözlənilir. Lakin artıq indidən alçaq ərazilərdə və riskli zonalarda ciddi fəsadlar yaranıb.

Sinoptiklər növbəti günlərdə də yağıntıların davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.

MƏNBƏ:TRT Global
Araşdırma
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda artan təhlükəsizlik problemlərinə diqqət çəkib