SİYASƏT
3 dəqiqə oxuma
Ukraynanın müttəfiqləri Rusiyaya ultimatum verib
Ultimatum Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa, Almaniya, Birləşmiş Krallıq və Polşa rəhbərlərinin iştirakı ilə Kiyevdə keçirilən birgə mətbuat konfransında elan olunub
Ukraynanın müttəfiqləri Rusiyaya ultimatum verib
German Chancellor Friedrich Merz, French President Emmanuel Macron, Ukranian President Voloydmyr Zelenskyy, British Prime Minister Keir Starmer and Polish Prime Minister Donald Tusk walk in the grounds of the Mariinskyi Palace in Kiev, Ukraine, May 10, 2025. / Reuters
11 may 2025

Kiyevin müttəfiqləri Rusiyaya təzyiq edərək Ukraynada mayın 12-dən etibarən qeyd-şərtsiz 30 günlük atəşkəsi qəbul etməsini tələb edib, əks təqdirdə rəsmi Moskvanı koordinasiyalı sanksiyalarla hədələyiblər.

Bu ultimatum mayın 9-u Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers, Birləşmiş Krallığın Baş naziri Keir Starmer və Polşanın Baş naziri Donald Tuskun iştirak etdiyi birgə mətbuat konfransında səsləndirilib.

Bildirilib ki, bu təşəbbüs Amerika Birləşmiş Ştatları da daxil olmaqla, müttəfiqləri bir araya gətirib.

Bu misilsiz səfər dörd Avropa ölkəsinin rəhbərlərinin Ukraynaya birgə etdiyi ilk səfər kimi qeydə alınıb.

Fransa Prezidenti Emmanuel Makron bildirib: “Biz az öncə qeyd-şərtsiz olaraq mayın 12-də başlayacaq atəşkəsi dəstəkləmək qərarı verdik.”

Makron əlavə edib: “Əgər bu atəşkəs pozularsa, Avropa və Amerika Birləşmiş Ştatları arasında ciddi sanksiyaların hazırlanması və koordinasiyası barədə razılığa gəldik.”

Amerika Birləşmiş Ştatları və Ukrayna həftələrdir bu kimi bir təklifin irəli sürülməsi üçün çalışırdı, lakin Rusiya bunu qəbul etməyib.

Tam həmrəylik

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı müharibəni tez bir zamanda sona çatdıra biləcəyini bəyan etmişdi. Lakin buna gücü çatmayan Vaşinqton müharibəni dayandırmaqla bağlı irəliləyiş əldə olunmadığına görə danışıqlardan çəkiləcəyini bildirmişdi.

Kiyev və Qərb müttəfiqləri, Trampın Zelenski ilə toqquşduğu üçün Moskvanın mövqeyinə yaxınlaşacağından narahat olsalar da, son vaxtlar Ağ Ev Putinə qarşı artan səbirsizlik müşahidə olunur.

Starmer bildirib: “Bugünkü vəziyyət göstərir ki, Amerika Birləşmiş Ştatları da daxil olmaqla dünyanın müxtəlif ölkələri 30 günlük qeyd-şərtsiz atəşkəslə bağlı tam həmrəylik nümayiş etdirir.”

Toplantıdan sonra mətbuata açıqlama verən Ukraynanın xarici işlər naziri Andriy Sıbixa deyib: “Kiyevdəki beş ölkə rəhbəri görüş nəticələrini yeniləmək üçün Tramp ilə “səmərəli” bir müzakirə aparıblar.”

Tusk isə bildirib: “Uzun müddətdən sonra ilk dəfədir ki, azad dünyanın həqiqətən birləşdiyini hiss etdik. Bunun həm bizim, həm də Putin üçün əsl sınağ olduğunu bilirik. Rusiyanın cavabını gözləyəcəyik.”

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də “məzmunlu sülh danışıqlarının yolunu açmaq üçün qeyd-şərtsiz həyata keçirilməli olan” atəşkəsə dəstəyini ifadə edib.

Sülhü inşa etmək

Makron qeyd edib ki, atəşkəs “əsasən Amerika Birləşmiş Ştatlarının nəzarətində olacaq” və “bütün Avropalılar bu prosesə töhfə verəcək.” O əlavə edib ki, atəşkəs “tərəflərlə dərhal işə başlamaq və danışıqlara keçmək üçün bir yol açacaq.”

Xatırladaq ki, Avropanın bu simvolik həmrəylik nümayişi Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsində qələbənin 80 illiyini qeyd edən Moskvadakı paradda müttəfiqlərə meydan oxuyan bir tonla çıxış etməsindən bir gün sonraya təsadüf edib.

Mayın 9-da ABŞ-ın “ABC” xəbər kanalına verdiyi müsahibədə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın müttəfiqlərindən silah tədarükü dayandırılmasa, Rusiya atəşkəsi qəbul etməyəcək. O, həmçinin əlavə edib ki, “Rusya qoşunlarının cəbhədə olduqca əminliklə irəlilədiyi” bir vaxtda atəşkəs Ukrayna üçün “üstünlük” sayıla bilər.

Kreml mayın 9-da Avropanın Rusiyaya qarşı “aqressiv” mövqeyini qınayıb, lakin Kiyevin müttəfiqlərinin Ukraynada 30 günlük atəşkəs təklifinə birbaşa cavab verməyib.

Qeyd edək ki, Putin mayın 8-dən 10-na qədər birtərəfli üç günlük atəşkəs əmri vermişdi. Lakin şərqdə döyüşən Ukrayna hərbi briqadası “AFP”yə açıqlamasında, qarşıdurmaların intensivliyinin “demək olar ki, dəyişmədiyini” bildirib.

MƏNBƏ:TRT Global
Araşdırma
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
İsrail Livanın cənubunu bombalayaraq atəşkəsi pozdu
İsrail hökuməti Ramazan ayında Məscidül-Əqsaya girişin məhdudlaşdırılmasını planlaşdırır
İranla nüvə danışıqları davam edərkən, daha bir təyyarədaşıyan gəmi Yaxın Şərqə doğru irəliləyir
Tramp İsrail Prezidentini Baş nazir Netanyahuya əfv qərarı ilə bağlı sərt tənqid edib
Lavrov: "Qrenlandiya hərbiləşdirilərsə, Rusiya hərbi seçimlər də daxil olmaqla tədbirlər görəcək"
Pezeşkian: "İran həddindən artıq tələblərə güzəştə getməyəcək"
Ukraynada fevralın sonunda prezident seçkiləri keçirilməsini planlaşdırılır
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omana səfər edib
Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarını qiymətləndirib
Hakan Fidan: “Aviazərbələr İranda rejim dəyişikliyinə səbəb olmayacaq”
Somali və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığa dair müqavilə imzalandı
Tramp Çin liderinin ilin sonuna yaxın ABŞ-yə səfər edəcəyini bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
ABŞ Qəzza üzrə sülh sammiti keçirməyi planlaşdırır
Rusiya Ukraynada elektrik şəbəkəsinə zərbə endirdi
B.Netanyahu: ''Misirin hərbi gücü yaxından izlənilməlidir''
Çin iki ölkəni dialoqu bərpa etməyə çağırıb
ABŞ blokuna qoşulan Cənubi Koreya Çin ilə nadir torpaq elementləri üzrə əməkdaşlıq edəcək