DÜNYA
2 dəqiqə oxuma
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
Girov müqabilində azadlığa buraxılan Çaves 25 illik həbs cəzası, vəzifəsindən azad edilən və hazırda məhkəməyə qədər həbsdə olan Kastillo isə 34 illik həbs cəzası ilə üzləşib
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
Peru prezidenti
4 noyabr 2025

Peru keçmiş prezident Pedro Kastilyonun 2022-ci il çevriliş cəhdindəki rolu ilə bağlı istintaq zamanı keçmiş Baş nazir Betsi Çavesə sığınacaq verən Meksika ilə diplomatik münasibətləri kəsib.

Perunun xarici işlər naziri Huqo de Zela "Keçmiş prezident Pedro Kastilyonun dövlət çevrilişinə cəhddə əli olduğu iddia edilən keçmiş Baş nazir Betsi Çavesin Meksikanın Perudakı səfirinin iqamətgahından sığınacaq alması bizi təəccübləndirdi və dərindən kədərləndirdi. Bu qeyri-dost hərəkəti və Meksikanın indiki və keçmiş prezidentlərinin dəfələrlə ölkənin daxili işlərinə qarışmasını nəzərə alaraq, Peru hökuməti Meksika ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib" deyib.

Girov müqabilində azadlığa buraxılan Çaves 25 illik həbs cəzası, vəzifəsindən azad edilən və hazırda məhkəməyə qədər həbsdə olan Pedro Kastilyo isə 34 illik həbs cəzası ilə üzləşib.

Hər ikisi dövlətə qarşı güc tətbiq etmədiklərini iddia edirlər.

Qeyd edək ki, keçmiş kənd müəllimi və həmkarlar ittifaqı üzvü olan Kastilyo "Perunun ilk kasıb prezidenti" olaraq tanınırdı. O, aylarla davam edən siyasi böhrandan sonra Konqresi buraxmağa cəhd etdikdən sonra 2022-ci ilin dekabrında vəzifəsindən uzaqlaşdırılıb.

Kastilyonun vəzifədən azad edilməsindən sonra Lima ilə Meksika arasındakı münasibətlər kəskin şəkildə pisləşib. Meksika Kastilyonun həyat yoldaşı və uşaqlarına sığınacaq verdikdən sonra Peru Meksika səfirini ölkədən çıxarıb.

Kastilyonun varisi, keçmiş prezident Dina Boluarte Perunun Meksikadakı səfirini müvəqqəti olaraq geri çağıraraq, Kastilyonu dəstəklədiyini bildirən o vaxtkı solçu Meksika prezidenti Andres Manuel Lopes Obradoru ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.

Kastilyo və ailəsi sığınacaq almaq üçün Limadakı Meksika səfirliyinə gedərkən tutulub və üsyan və səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs ediliblər.

Çaves də eyni iş üzrə ittiham olunub və mart ayında məhkəmə qarşısına çıxıb. Kastilyo vəzifəsindən azad edildikdən sonra həbsdədir, Çaves isə girov müqabilində azadlığa buraxılıb.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''
Beynəlxalq Miqrasiya Təşkilatı Sudanda artan təhlükəsizlik problemlərinə diqqət çəkib