DÜNYA
1 dəqiqə oxuma
BMT Təhlükəsizlik Şurası Sudanda mülki əhaliyə qarşı davam edən hücumları qətiyyətlə pisləyib
BMT Təhlükəsizlik Şurasının üzvləri çərşənbə axşamı Sudanda, xüsusən də Kordofan və Darfur bölgələrində davam edən zorakılıqla bağlı dərin narahatlıqlarını ifadə edərək tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar
BMT Təhlükəsizlik Şurası Sudanda mülki əhaliyə qarşı davam edən hücumları qətiyyətlə pisləyib
BMT Təhlükəsizlik Şurası Sudanda mülki əhaliyə qarşı davam edən hücumları qətiyyətlə pisləyib / Reuters

BMT Təhlükəsizlik Şurasının üzvləri çərşənbə axşamı Sudanda, xüsusən də Kordofan və Darfur bölgələrində davam edən zorakılıqla bağlı dərin narahatlıqlarını ifadə edərək tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar. Şuranın bəyanatında fevral ayının əvvəlindən bəri Dünya Ərzaq Proqramına (WFP) qarşı edilən hücumlar da daxil olmaqla, mülki şəxslərə, infrastruktura və humanitar personala qarşı törədilən hücumlar qətiyyətlə pislənilib. Humanitar yardım işçilərinə və obyektlərinə qarşı qəsdən edilən hücumların hərbi cinayət hesab oluna biləcəyi barədə xəbərdarlıq edən şura üzvləri, bütün tərəfləri beynəlxalq hüquq qarşısındakı öhdəliklərini yerinə yetirməyə çağırıblar.

Şura üzvləri həmçinin Kordofanda davam edən hücumlara və qeyri-sabitliyə görə Sürətli Dəstək Qüvvələrini qınayıblar. Bəyanatda Əl-Fəşir şəhərində baş verən zorakılıq, sistematik qətllər, kütləvi köçkünlük və etnik zəmində hədəf alma hallarının qeydə alındığı bildirilib. Sənətdə qanun pozuntularına yol verən bütün günahkarların məsuliyyətə cəlb olunması tələb edilib, eyni zamanda mülki şəxslərin qorunmasının vacibliyi vurğulanıb. Münaqişənin yaratdığı aclıq və kəskin ərzaq qıtlığından ciddi narahat olan şura üzvləri, humanitar yardımların maneəsiz çatdırılmasını tələb edərək, aclığın bir müharibə silahı kimi istifadə edilməməli olduğunu bildiriblər.

Davamlı atəşkəs və Sudanın rəhbərliyi altında aparılan inklüziv siyasi danışıqlara üstünlük verən BMT Təhlükəsizlik Şurası regional aktyorların və beynəlxalq tərəfdaşların sülh prosesinə yönəlmiş əlaqəli səylərini alqışlayıb. Bəyanatın sonunda Sudanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqlik vurğulanıb.

Araşdırma
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır
Putin: "Rusiya və ABŞ qlobal təhlükəsizlik üçün müştərək məsuliyyət daşıyır"
Yaxın üç gün ərzində təkcə Tehranda 15-20 milyon insanın mərasimlərdə iştirakı gözlənilir
Belçikanın müdafiə naziri: "NATO-nun Türkiyəyə ehtiyacı var"
Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib
İranın keçmiş ali rəhbəri Əli Xameneinin tabutu dəfn mərasimi üçün Tehrana gətirilib
Pakistanda təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb