Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ Dövlət katibi Marko Rubio ilə Strateji Mülki Nüvə Əməkdaşlığına dair anlaşma memorandumu imzaladığını açıqlayıb.
Türkiyə və ABŞ sentyabrın 25-də enerjisi sahəsində tərəfdaşlıqlarını dərinləşdirmək üçün anlaşma memorandumu imzalayıblar.
Prezident Rəcəb Tayyib Ərdoğanın Ağ Evə zyarəti Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir mərhələyə qədəm qoyulub. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin "NSosyal" sosial media platformasında məlumat verib.
Nazir Bayraktar "Liderlərimizin iştirakı ilə ABŞ Dövlət katibi Marko Rubio ilə Strateji Mülki Nüvə Əməkdaşlığına dair Anlaşma Memorandumu imzaladıq. Ümid edirəm ki, müqavilə çərçivəsində həyata keçirilən işlərin qarşıdakı dövrdə hər iki ölkə üçün qarşılıqlı faydalı olacağına ümid edirəm" deyib.


















