Suriya Daxili İşlər Nazirliyi yaxalanan Taha əl-Zubinin Dəməşqdə DEAŞ əməliyyatlarına başçılıq etdiyini açıqlayıb.
Suriya dövlət mediası şübhəlinin üzərində partlayıcı jiletlə tutulduğunu bildirib.
Suriya paytaxt Dəməşq çölündə ölkənin təhlükəsizlik qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın birgə əməliyyatı zamanı DEAŞ-ın qondarma yüksək vəzifəli başçısını ələ keçirildiyini açıqlayıb.
Suriya rəsmilərinin məlumatına görə, şübhəli, Əbu Ömər Tibiya kimi də tanınan Taha əl-Zubi, Dəməşqdə DEAŞ-ın qondarma "qubernatoru" vəzifəsində çalışıb.
Şübhəli dekabrın 24-də bir neçə köməkçisi ilə birlikdə həbs edilib.
Suriya dövlət televiziya kanalı "Al-Ikhbariyah" Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib ki, Koalisiya qüvvələri və daxili təhlükəsizlik bölmələri tərəfindən keçirilən əməliyyat nəticəsində Dəməşqin DEAŞ-ın qondarma qubernatoru ələ keçirilib.
Dəməşqin kənd yerlərində daxili təhlükəsizlik rəisi, briqada generalı Əhməd əl-Dalati Suriyanın rəsmi xəbər agentliyi SANA-ya bildirib ki, həbslər uzunmüddətli müşahidə əməliyyatından sonra baş verib.
Əl-Dalati bildirib ki, əməliyyat Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən koalisiya qüvvələri ilə koordinasiyalı şəkildə Muaddamiya ərazisində fəaliyyət göstərən DEAŞ qruplaşmasına qarşı həyata keçirilib.
O əlavə edib ki, əl-Zubi və bəzi silahdaşları üzərlərində partlayıcı jiletlərlə həbs ediliblər.











