SİYASƏT
1 dəqiqə oxuma
Piter Mandelson Epşteynlə əlaqələrinə görə Leyboristlər Partiyasından istefa verib
Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson həbsxanada intihar edən Ceffri Epşteynlə əlaqələrinə dair yeni iddiaların ortaya çıxmasından sonra Leyboristlər Partiyasından istefa verdiyini açıqlayıb
Piter Mandelson Epşteynlə əlaqələrinə görə Leyboristlər Partiyasından istefa verib
Piter Mandelson Epşteynlə əlaqələrinə görə Leyboristlər Partiyasından istefa verib / Reuters
2 fevral 2026

Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mandelson həbsxanada intihar edən Ceffri Epşteynlə əlaqələrinə dair yeni iddiaların ortaya çıxmasından sonra Leyboristlər Partiyasından istefa verdiyini açıqlayıb.

BBC-nin məlumatına görə, Mandelson partiyanın baş katibinə ünvanladığı məktubda Epşteynlə olan keçmiş əlaqələrinin Leyboristlər Partiyasının nüfuzuna xələl gətirməsini istəmədiyini və bu səbəbdən istefa verdiyini bildirib. Xatırladaq ki, sentyabr ayında Baş nazir Kir Starmer Mandelsonu bu qalmaqallı əlaqələrə görə vəzifəsindən uzaqlaşdırmışdı.

ABŞ Ədliyyə Nazirliyinin fevralın 1-də açıqladığı yeni sənədlər Mandelsonun istefasını sürətləndirib. Həmin sənədlərdə iddia olunur ki, Epşteyn 2003 və 2004-cü illərdə Mandelsonla əlaqəli hesablara hər biri 25 min dollar olmaqla, cəmi 75 min dollar vəsait köçürüb. Sənədlər toplusunda Mandelsonun bir sıra görüntüləri, o cümədən üzü senzura edilmiş bir qadının yanında dayandığı kadrlar da yer alıb

Mandelson məktubunda bu iddiaları rədd edərək deyib: ‘‘20 il əvvəl mənə edildiyi iddia olunan, lakin nə qeydə alınan, nə də xatırladığım bu ödənişlərlə bağlı iddiaları araşdırmalıyam. Partiyamın bu prosesdən zərər görməsini istəmədiyim üçün üzvlükdən istefa verirəm’’.

Hazırda Britaniya siyasi dairələrində məzuniyyətdə olan Mandelsonun Lordlar Palatasından da tamamilə uzaqlaşdırılması üçün təzyiqlər artmaqdadır