SİYASƏT
1 dəqiqə oxuma
ABŞ “Heyət Təhrir əş-Şam” qrupunu terror siyahısından çıxarmağı nəzərdən keçirir
ABŞ B.Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qarşı sanksiyaların ləğvini vә HTŞ-ni terror təşkilatı siyahısından çıxarmağı nəzərdən keçirdiyini bəyan edib
ABŞ “Heyət Təhrir əş-Şam” qrupunu terror siyahısından çıxarmağı nəzərdən keçirir
/ Reuters

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin iyunun 30-da yaydığı açıqlamada “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupunun terror təşkilatı statusunun yenidən qiymətləndiriləcəyi və Suriyaya qarşı tətbiq olunan sanksiyaların tamamilə dayandırılmasının müzakirə edildiyi bildirilib. Açıqlamada bu qərarın prezident Donald Trampın göstərişlərinə uyğun olduğu qeyd olunub.

Açıqlamada həmçinin vurğulanıb ki, atılan bu addımlar Suriya xalqının təhlükəsiz, sabit və uğurlu bir gələcək qurmaq yolunda yeni bir səhifə açmasına işarə edir.

 

“Sabitlik və sülh yolu”

Ağ Ev iyunun 30-da verdiyi bəyanatda Donald Trampın Suriyaya qarşı tətbiq olunan ABŞ sanksiyalarını sona çatdırmaq üçün prezident fərmanı imzaladığını açıqlayıb.

Bundan әvvәl Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə verdiyi açıqlamada bu qərarın Suriyanın “sabitlik və sülh yolunu” dəstəkləmək məqsədi daşıdığını bildirmişdi.

Qeyd edәk ki, D.Tramp may ayında Riyadda keçirilən bir investisiya forumunda Suriyaya qarşı tətbiq olunan “dağıdıcı” sanksiyaların ləğv ediləcəyini bəyan etmişdi. Elə ertəsi gün isə Səudiyyə Ərəbistanında Suriya keçid hökümәti prezidenti Əhməd Əl Şaraa ilə tarixi görüş keçirilmişdi. Bu, ABŞ və Suriya rәhbәrlәri arasında son 25 ildə baş tutan ilk yüksək səviyyəli görüş olub.

Xatırladaq ki, təxminən 25 ildir Suriyanı idarə edən B.Əsəd 8 dekabr tarixində HTŞ-nin rəhbərlik etdiyi müxalif qrupların Dәmәşq şəhərini qısa zamanlı hücumla ələ keçirməsinin ardından Rusiyaya qaçıb.

MƏNBƏ:TRT Global
Araşdırma
Tramp Hörmüz boğazındakı “Azadlıq Layihəsi”ni dayandırdı
Kuba XİN rəhbəri: "ABŞ ölkəmizə qarşı iqtisadi müharibə aparır"
ABŞ 373 milyon dollarlıq bomba paketi ilə Ukraynanın hərbi gücünü artırmağı planlaşdırır
İran Parlamentinin sədri: "Hörmüz boğazında yeni tənlik formalaşır"
İ.Əliyev:''Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə mane olur''
İran ABŞ hərbi gəmisini vurduğunu iddia edir
A.Kosta: ''Cənubi Qafqazdakı yeni siyasi reallıqlar sülh və inkişaf üçün strateji imkanlar yaradır"
İran ABŞ-nin Hörmüz boğazı ilə bağlı planlarına sərt reaksiya verdi
Merts: "Əsgər sayının azaldılmasına baxmayaraq, ABŞ Almaniyanın "ən vacib tərəfdaşı" olaraq qalır"
ABŞ Hörmüz boğazında 'Azadlıq layihəsi'nə start verib
İran ABŞ-yə iki seçim təklif etdi
İran dövləti ABŞ-a müharibələri dayandırması üçün 1 ay vaxt verdi
Bəndər əl-Xureyf:"Türkiyə strateji tərəfdaşımızdır"
M.Xamenei:''Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq"
Trampa İrana qarşı mümkün hücumlarla bağlı hərbi brifinq veriləcək
ABŞ-nin ən böyük aviadaşıyıcısı bir neçə gündən sonra Yaxın Şərqi tərk edəcək
Möhsün Rzayi İran limanlarına tətbiq edilən mühasirəni  uğursuz adlandırıb
İsrail Livana xəbərdarlıq edib
ABŞ miqrant uşaqların deportasiyasını sürətləndirməyi planlaşdırır
ABŞ İran aviaşirkətlərini dəstəkləyən qurumlara sanksiya tətbiq edəcəyini açıqlayıb