SİYASƏT
1 dəqiqə oxuma
Kreml: “V.Putin ilə S.Vitkof arasında görüş keçiriləcək”
Tərəflər arası görüşdə Ukrayna-Rusiya müharibəsi və ABŞ-nin təklif etdiyi sülh planı müzakirə olunacaq
Kreml: “V.Putin ilə S.Vitkof arasında görüş keçiriləcək”
Kreml: “V.Putin ilə S.Vitkoff arasında görüş keçiriləcək” / Reuters

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 1-də (bu gün) keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin sabah Moskvada ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkof ilə Ukrayna məsələsini müzakirə etmək məqsədilə görüş keçirəcəyini bildirib.

V.Putin ötən həftə bəyan etmişdi ki, Rusiyanın Ukraynaya hücumlarını dayandırmaq üçün Moskva hökumətinin tələb etdiyi bölgələr təhvil verilməlidir. Əks halda, Rusiya ordusu həmin əraziləri güc tətbiq etməklə ələ keçirəcək.

Bildirilir ki, S.Vitkoff daha əvvəl də Kremlində Rusiya dövlət başçısı V.Putinlə bir neçə dəfə görüş keçirib. Hətta ABŞ rəsmisi Moskva rəhbərliyi ilə apardığı danışıqlardakı yanaşmasına görə tənqid də olunmuşdu. ABŞ-nin müharibənin başa çatdırılmasına dair ilkin sülh planı isə geniş şəkildə Kremlin tələblərinə həddindən artıq güzəşt kimi qiymətləndirilmişdi.

Bundan əlavə bildirilir ki, Avropa İttifaqı gələn həftənin Ukrayna üçün “həlledici məqam” ola biləcəyini bildirib. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 1-də (bu gün) Parisə gedərək Avropanın Kiyev üçün dəstəyini artırmağa çalışıb.

ABŞ prezidenti Donald Tramp isə demək olar dörd ildir davam edən müharibənin sona çatdırılmasına yönəlmiş mümkün bir razılaşma barədə nikbin olduğunu qeyd edib.

MƏNBƏ:TRT
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub